Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilmişdir

Tarix:17-10-2022, 13:21

Abşeron rayonunda şəhidlər ildönümü günlərində yad edilmişdir

Vətən Müharbəsində göstərdikləri şücaət və qərəmanlıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidləri Tərlan Məmmədov, Zaur Mədətov, Nurlan Mustafayev, Azər Mikayılov, Məzahir Əhmədov, Vüsal Musayev, Röyal Ələkbərov, Elvin Əlimərdanov, Malik Əliyev, Zülfüqar Qubadov, Əli Ələkbərov anım günlərində yad edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə şəhidlərimizin məzarlarını ziyarət edib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub. Azərbaycanın hər bir bölgəsində, o cümlədən Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğı göstərildiyini, onların xatirəsinin əbədiləşdirilməsi, daim yaşadılması istiqamətində müxtəlif tədbirlər həyata keçirildiyini vurğulayan RİH-nin başçısı şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

O cümlədən, 12-13 sentyabr 2022-ci ildə sərhədlərimizə qarşı düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Firuz Əhmədovun anım mərasimi keçirilmişdir. Anım mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər iştirak etmiş, Vətən Müharibəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanmış, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsindən qürurla bəhs edilmişdir.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini yüksək qiymətləndirdiklərini, buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.

***

Xalqımızın düşmən üzərində qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə yüksələn, Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan şəhid Ağayev Ramil Ağarəhim oğlunun Sabirabad rayonunda keçirilən anım mərasimində Abşeron RİH-nin məsul əməkdaşları da iştirak edib.

Anım mərasimində şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaətlərdən danışılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Ramil Ağayev işgüzarlığı, bacarığı, bilik və savadı sayəsində kollektiv arasında böyük hörmət və nüfuz qazanmışdır.

Vətən Müharibəsi başlanarkən Ramil könüllü olaraq canı qədər sevdiyi vətənin müdafiəsinə qalxıb. Döyüşlərə Füzuli istiqamətindən başlayan Ramil düşmənin qurduğu istehkamların yarılmasında, canlı qüvvəsinin məhv edilməsində, yaralı yoldaşlarının döyüş meydanından çıxarılmasında igidlik və qəhrəmanlıq göstərib. Ramil 13 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən şiddətli döyüşlərdə ağır yaralanaraq şəhidlik məqamına yüksəlib.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün