Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib

Tarix:5-11-2022, 16:02

Abşeron rayonunda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib

Abşeron rayonunda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar silsilə tədbirlər davam etdirilir. Abşeron Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib.

Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə əvvəlcə iştirakçılar Ümummilli Liderin büstünü ziyarət edilib, önünə tər çiçəklər düzüblər.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və gənclərin iştirak etdiyi tədbirdə dövlət himni oxunub, Ulu Öndər Heydər Əliyevin və vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən, Azərbaycan ordusunun qazandığı qələbədən bəhs edən sənədli film nümayiş olunub.

RİH başçısı Abdin Fərzəliyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qələbə qazandığını qeyd edərək şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, Prezident-ordu-xalq birliyininin nəticəsi olaraq torpaqlarımızın düşməndən azad edilməsindən danışıb.

Rayon rəhbəri tədbir iştirakçılarını tarixi Zəfər Günü münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.
Sonra çıxış edənlər şəhid ailələri və qazilər bildirblər ki, 2020-ci il tarixə Qələbə ili kimi düşüb. Qeyd edilib ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub.

Şəhid ailələri və qazilər onara göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident, Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

Sonra Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamına əsasən “Vətən müharibəsi veteranı” medalları təqdim olunub.

Tədbirin bədii hissəsində Abşeron Rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən vətənpərvərlik və qələbə ab-havalı musiqilər səsləndirilib.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün