Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilmişdir

Tarix:29-03-2023, 13:40

Abşeron rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilmişdir

“Heydər Əliyev İli” ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkürəsi” mövzusunda konfrans keçirimişdir. Tədbirdə YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov, Abşeron RİH başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər. İştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, xatirəsini dərin ehtiramla yad edərək önünə gül dəstələri düzmüşlər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfrans Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarxın nümayiş etdirilməsi ilə başlamışdır.

YAP İdarə Heyətinin üzvü, Millət vəkili Azər Badamov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin sayəsində surətli inkişaf yolu tutmuşdur. Bu gün müxtəlif istiqamətlər üzrə əldə olunan bütün yüksək nəticələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Millət vəkili vurğulamışdır ki, Ulu Öndər ölkəmizi və xalqımızı bütün dəhşətli ssenarilərdən, dövlət müstəqilliyimizin itirilməsindən xilas etmişdir.

YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov da çıxışında qeyd etmişdir ki, tarix mövcud zamandan və şəraitdən düzgün istifadə etməyi bacaran, xalqını irəli, dövlətini ucaldan nadir şəxsiyyətlər yetişdirir. Onun sözlərinə görə, Azərbaycan xalqının da xoşbəxtliyi onda idi ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sahib idi.

Daha sonra YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov, Vətən Müharibəsi şəhidi Fərid Məmmədovun həyat yoldaşı Şəhla Məmmədova və Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin oğlu, Abşeron RİH yanında İctimai Şuranın üzvü Vəli Vəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, respublikamızın inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən və dövlət müstəqilliyini qorumaq, daha da inkişaf etdirmək və dünya dövlətləri sırasına ucaltmaq üçün müəyyənləşdirdiyi uğurlu siyasi kursdan danışmışlar.

Sonda çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi kurs bugünki güclü Azərbaycanın bərqərar olmasına gətirib çıxarmışdır. Ulu Öndərin ən böyük arzusunun işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi, soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması olduğunu vurğulayan RİH başçsı qeyd etmişdir ki, bu arzu da Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın birliyi sayəsində döyüş meydanında düşmən üzərində şanlı qələbə qazanmaqla reallaşdırıldı.

Tədbirin sonunda Vətən Müharibəsi qazisi Vasif Allahverdiyev və Vətən müharibəsi iştirakçısı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları İctimai Birliyinin Abşeron Rayon Şöbəsinin sədri Süleyman Cəfərov YAP sıralarına qatılması münasibəti ilə təbrik edilmiş və onlara partiyanın vəsiqələri təqdim olunmuşdur.

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu