Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

Tarix:20-11-2023, 17:30

Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır


Olduqca gözəl, füsünkar təbiətə, məhsuldar torpağa malik olan qədim Ağdam rayonu Qarabağın mərkəzində yerləşir. Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Keçmiş zamanlarda burada qədim türk qəbilələri düşməndən qorunmaq üçün özlərinə kiçik qalalar tikiblər. XVIII əsrin birinci yarısında isə Pənahəli xan burada özü üçün ağ daşdan imarət tikdirib. Bu imarət hər tərəfdən-digər kəndlərdən belə göründüyü üçün burada sanki bir oriyentirə çevrilib. Deyilənlərə görə ona görə də bu rayonu Ağdam adlandırıblar.

Ağdamın ərazisi qədim abidələrlə zəngin olub. Rayonun ərazisində Üçoğlan deyilən yerdə 20-ci əsrin 50-ci illərindən başlayaraq arxeoloji qazıntılar aparılan zaman məlum olub ki, Ağdamın ərazisi insanların qədim yaşayış məntəqələrindən olub. Məlum olub ki, qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni Eneolit dövründə yaşamış, əkinçilik və maldarlıqla məşğul olmuşlar.

Qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə aparılan arxeoloji tədqiqatlar zamanı Eneolit və Tunc dövrünə aid dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mənəvi abidələr aşkar edilib. Buradan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşlar. Ümumiyyətlə Ağdam rayonu Zaqafqaziyanın ən zəngin abidələri olan yer olmuşdur.

90-cı ilin əvvəlllərində erməni quldurları ərazilərimizə basqın etməyə başladılar. Dinc əhalini qətlə yetirdilər, yaşayış evlərinə od vurdular. Bir milyona yaxın soydaşlarımız öz tarixi torpaqlarından didərgin düşdü.

1993-cü il iyul ayının 23-də Ağdam uğrunda 42 gün davam edən qeyri bərabər döyüşdə Ağdam ərazisinin 73 faizi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.

Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanıb. İşğal nəticəsində Ağdam rayonunun 128 min sakini məcburu köçkün kimi respublikanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşıb.

Erməni vandalları digər işğal etdikləri rayonlarda olduğu kimi Ağdam rayonunda da böyük dağıntılar törədiblər. Məktəb, idarə, klub, muzey, sənaye obyektləri və sairə vandallar tərəfindən dağıdılıb. Dini abidələrimiz dağıdılıb və təhqir edilib.

Erməni işğalçıları ATƏT-in Minsk qrupunun 9 ölkəsi tərəfindən işğal edilmiş torpaqlardan hərbi birləşmələrin çıxarılmasını tələb etməsinə, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə məhəl qoymayaraq öz çirkin əməllərini davam etdiriblər.

27 sentyabr 2020-ci il tarixində başlanan və cəmi 44 günə Azərbaycanın qalibiyyəti ilə başa çatan Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildi. Vətən Müharibəsində əldə olunan qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi.

Müharibədən sonra Ağdam rayonuna gələn xarici və yerli jurnalistlər rayonun bu halından heyrətə gələrək Ağdamı Qafqazın Xirosiması adlandırmışdılar. Belə ki, erməni vandalları qədim, abidələrlə zəngin olan Ağdam rayonunu demək olar ki, yerlə yeksan etmişdilər. Abidələri söküb talayıb, təhsil ocaqlarını, məscidləri, mədəniyyət mərkəzlərini, ictimai iaşə obyektlərini tamamilə dağıtmışdılar.

Sevindirici haldır ki, artıq Ağdamda, Xankəndində, Şuşada, Füzulidə və digər rayonlarımızda Dövlət Bayrağımız ucaldılıb.

Erməni işğalından təmizlənmiş ərazilərimizdə yüksək səviyyədə bərpa-quruculuq işləri gedir.

Bir vaxt yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız öz doğma torpaqlarına qayıdırlar.

Ağdam demək olar ki, yenidən qurulur. Burada Ağdam Cümə məscidi bərpa edilib, Xurşudbanu Natəvanın abidəsinin açılışı olub, Bərdə-Ağdam avtomobil yolu çəkilir, xəstəxana, məktəb binası, otellər tikilir, parklar salınır, ağaclar əkilir. Ağdamın bir sıra kəndlərinin tikinti və bərpasına başlanılıb.

Yaxın vaxtlarda Ağdam şəhəri əvvəlki görkəmini alacaq. Gülüstana çevriləcək. Əvvəlki şöhrəti bərpa ediləcək.

Bu sevinci bizə yaşadan Ali Baş Komandanımıza, Ordumuza və qəhrəman əsgər və zabitlərimizə minnətdarıq.

Tural Gülmalıyev
Vətən Müharibəsi əlili

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün