Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident ekipaj üzvlərini təltif etdi

Tarix:31-12-2024, 09:26

Prezident ekipaj üzvlərini təltif etdi


Dekabrın 25-də Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Çeçenistanda enməli olsa da sonradan təyyarə Qazaxstanın Aktau hava limanına yönəldilib və orada qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 67 nəfərdən 38-i dünyasını dəyişib, 29-u yaralanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Az.TV-yə müsahibəsində təyyarəmizin Rusiya tərəfindən vurulduğunu deyib və qeyd edib ki, Rusiya Azərbaycandan üzr istəsə də digər şərtləri yerinə yetirməyib. Belə ki, Rusiya günahını etiraf etməli, günahkarlar cəzalandırılmalı və Azərbaycan dövlətinə, eyni zamanda zərərçəkmişlərin ailəsinə təzminat ödənilməlidir.

Lakin təyyarənin qəzaya uğramasından sonra Rusiya tərəfi hadisəni ört basdır etmək istəmişdi. Rusiya tərəfi gah təyyarənin qəzaya uğramasını quş sürüsü ilə toqquşması, gah da qaz balonunun partlaması ilə əlaqələndirməyə çalışır. Lakin, bu, versiyaların hər ikisi qəbulolunmazdır. Çünki, təyyarə xaricdən bir neçə dəfə zədə alıb, və idarəetmə demək olar ki, itirilib. Qəhrəman pilotlar öz peşəkarlıqları nəticəsində raketlə vurulmuş, idarəetməsi itmiş bir təyyarəni öz həyatları bahasına ön təkər üzərinə endirmişlər. Bələdçilər son ana kimi dözümlülük, rəşadət göstərərək sərnişinləri sakit olmağa, yerlərində əyləşərək kəmərləri bağlamağa çağırmışlar.
Hər iki pilot və bir bələdçi bu qəzada həlak olmuşdur.
Azərbaycanın Dövlət başçısı müsahibəsində eyni zamanda qeyd etmişdir: Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax, bu faktdır və bu faktı heç kim dana bilməz.

Pilotlar və ekipaj üzvləri - onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan tərəfindən layiqincə qiymətləndiriləcək

Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökümə Cəlil qızı (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı, Əsədov Zülfüqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif ediliblər.

Aytac Quliyeva
Vətən müharibəsi şəhidi Hətəmxan Quliyevin həyat yoldaşı

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır