Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimetmə mərasimi keçirilib

Tarix:9-07-2025, 15:16

Abşeron rayonunda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimetmə mərasimi keçirilib

Abşeron rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimetmə mərasimi keçirilib. Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatı Nigar Məmmədova, Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron RİH yanında İctimai Şuranın və Abşeron Ağsaqqallar Şurasının sədrləri, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra azərbaycanlıların deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova bildirib ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Qeyd edilib ki, Ulu Öndərin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir. Burada haqlı olaraq qeyd edilir ki, keçmiş SSRİ Nazirlər Sovetinin müvafiq qərarlarına əsasən Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olub. Təkcə bu cinayət aktının həyata keçirilməsi nəticəsində 150 mindən çox azərbaycanlı kütləvi şəkildə və zorakılıqla sürgünə məruz qalıb.

Sonra Milli Məclisin deputatı Nigar Məmmədova Azərbayvan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ildə Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə keçirdiyi görüşü xatırladıb. Bu görüşdə dövlətimizin başçısı bildirib ki, Vətən Müharibəsindəki tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri məhz Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir. Çünki Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıblar. Onların hüquqları bərpa edilməli və onlar öz torpaqlarına qayıtmalıdırlar.

Sonra Vətən Müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı, Abşeron Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Təhminə Vəliyeva çıxış edərək bildirib ki, özü və həyat yoldaşı Qərbi Azərbaycandandırlar. Atasının və həyat yoldaşının sözügedən deportasiyadan əziyyət çəkdiklərini vurğulayan T.Vəliyeva qeyd edib ki, onların həmişə ən böyük arzuları həm Qarabağı azad görmək, həm də Qərbi Azərbaycana qayıtmaq, oraları yenidən görmək olub.

Daha sonra Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, diplomatik gücü və hərbi səfərbərlik bacarığı, o cümlədən ordumuzun şücaəti, şəhidlərimizin qəhrəmanlığı nəticəsində 44 günlük Vərtən Müharibəsində xalqımız şanlı qələbə qazandı. Qeyd edilib ki, Azərbaycanın tarixi ədaləti bərpa etdikdən sonra respublikamızın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bundan sonra xalqımızın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycanın həqiqi sahiblərinin ata-baba yurdlarına qaytarılması, onların hüquqlarının bərpasıdır.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovaya Abşeron RİH-nin Fəxri Fərmanı təqdim edilib. O cümlədən, Vətən Müharibəsi şəhidi Xəqani Əsgərovun övladı Ahu Əsgərova doğum günü ilə əlaqədar təbrik edilib.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir

Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün