Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir

Tarix:10-12-2025, 10:43

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir


Son illərdə Azərbaycanın Avropa ölkələri ilə münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. 2024-cü ildə iki ölkə arasında Strateji Tərəfdaşlığın Qurulması
haqqında Birgə Bəyannamə imzalanıb. Bu da əlaqələri yeni səviyyəyə qaldırıb.
Azərbaycan-Slovakiya münasibətlərinin yüksək səviyyəyə çatmasında, hər iki ölkə liderlərinin əvəzsiz rolu var. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.
Slovakiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1990-cı illərin əvvəllərindən davamlı və sistemli şəkildə inkişaf edir.
Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər rəsmi olaraq 1993-cü ildə qurulub.
Prezident İlham Əliyevin dekabr ayının 8-də Slovakiyaya ilk rəsmi səfəri də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçımızın bu səfəri demək olar ki, iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.
Bütün istiqamətlər üzrə Azərbaycandan və Slovakiyadan müştərək komandalar fəal işləyir. Birgə iqtisadi işçi qrupu öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. Slovakiyanın Azərbaycandan qaz alması bu ölkənin enerji təhlükəsisliyinə töhfə verir. Bundan əlavə olaraq, eyni zamanda Bakı-Bratislava xəttinin strateji əhəmiyyətini artırır. Azərbaycanın zəngin qaz yataqları bu gün dünyanın bir çox ölkələrinə təbii qazın ixrac edilməsinə imkan verir.
Azərbaycan qazını almış ölkələrin sayı artıq 14-ə çatıb. Respublikamız boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdədir. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə edilməsi nəzərdə tutulub və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.
Azərbaycan Prezidenti mətbuata bəyanatında hazırda Azərbaycanın ümumi qaz ixracının 25 milyard kubmetr səviyyəsində olduğunu, bunun da yarısının Avropa ölkələrinə nəql edildiyini vurğulayıb. Qeyd edib ki, bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir.
Azərbaycan xalqı sülhsevər xalqdır. Biz heç bir ölkə ilə müharibə aparmamışıq. 44 günlük müharibədə isə yalnız Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad etmişik.
Slovakiya da Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşan ölkələrdəndir. 2025-ci ilin noyabr ayının 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun bariz nümunəsidir. Dövlət başçımız mətbuata bəyanatında paradda iştiraka görə Slovakiya dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasinda dost ölkələrik.
Respublikamızda müdafiə sənayesi sahəsində də bir sıra işlər görülür. Slovakiya ilə əməkdaşlıq sahələrindən biri də müdafiə sənayesi sahəsidir. Özüyeriyən artilleriya qurğuları, silah-sürsat və digər bu kimi məhsullar sahəsində böyük təcrübəyə malik olan Slovakiyadan Azərbaycan üçün texnologiya ötürülməsi, bu sahədə birgə işləmək və birlikdə istehsal edilən məhsulları üçüncü ölkəyə satmaq qarşıda duran əsas prioritetlərdən biridir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev: “Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöqteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Həm də ki, bu, texnoloji inkişafın da bir qolu olaraq bizə böyük faydalar verəcəkdir. Biz bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Onu da qeyd edək ki, İşğaldan azad olunmuş ərazilərimizdə digər dost, qardaş ölkələrin şirkətləri arasında Slovakiya şirkətləri də var. Onlar da şəhər və kəndlərimizin yenidən canlanması üçün öz töhvələrini verirlər.
Dövlət başçımız Azərbaycanın eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynadığını və infrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayənin Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilməsinə imkan verdiyini söyləyib. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrutun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.
Dövlət başçısı bəyanatında enerji sahəsinə də toxunub, qeyd edib ki, “Bu gün Azərbaycanda istifadə olunmayan enerji potensialı təxminən 2 giqavata bərabərdir və növbəti beş il ərzində bu, 8 giqavata çatdırılacaq. Təbii ki, süni intellekt və data mərkəzlərinin fəaliyyəti üçün enerji mənbəyi əsas amillərdən biridir. Əlbəttə ki, iqlim də burada önəmli amildir. Baxmayaraq, biz Cənub ölkəsiyik, amma bizim çox soyuq bölgələrimiz də var ki, orada ilin böyük hissəsində şaxtalı hava şəraiti mövcuddur. Ona görə beynəlxalq data mərkəzləri habı kimi biz öz rolumuzu görürük və Slovakiya şirkətləri ilə bu istiqamətdə çalışmaq fikrindəyik”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin Baş redaktoru

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün