Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım

Tarix:18-12-2025, 09:28

“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım


Azərbaycan dövlətçiliyinin otuz ildən artıq müddətdə taleyi dahi və uzaqgörən şəxsiyyət, xalqını, vətənini canından artıq sevən Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda da mühüm işlər görülüb. Onun apardığı humanist siyasət nəticəsində ölkəmizdə ölüm hökmü aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə əfv və amnistiya institutlarının bərpa olunaraq tətbiqinə başlanılması da onun humanist siyasətinin növbəti təntənəsi olmuşdur. O vaxtdan Prezidentin müstəsna səlahiyyətlərinə aid olan əfv, habelə amnistiya aktlarının imzalanması davamlı xarakter almışdır. Belə ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 32 əfv fərmanı, 7 amnistiya aktı imzalanmış, həmin dövrdə on minlərlə məhkum bağışlanaraq azadlıqdan məhrumetmə cəzasından azad edilmişdir.
Ulu Öndərin zəngin dövlətçilik ənənələrinə sədaqət Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, cəzaların humanistləşdirilməsi siyasətində də özünü bariz şəkildə göstərir. Belə ki, 2003-2025-ci illər ərzində Prezident İlham Əliyev 39 əfv fərmanı imzalayıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olarkən irəli sürdüyü təşəbbüs ilə də 2007, 2009, 2013,2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Onu da qeyd edək ki, 2021-ci ildə 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı ilə 130 mindən artıq məhkum azadlığa buraxılıb.
Bu siyasət cəmiyyətdə ictimai asayişin və əmin-amanlığın təmin olinmasına, vətəndaşla dövlət arasında münasibətlərin inkişafına böyük töhfə verir.
Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.
Bildiyimiz kimi, xalqımız üçün əlamətdar günlərdə Prezident əfv fərmanı imzalayır. Bu dəfəki Amnistiya aktı isə “Konstitusiya və Suverenlik ili”nin başa çatması ilə əlaqərdır.
15 dekabr 2025-ci ildə Prezident İlham Əliyev ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm qərar qəbul edərək amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının miqyasına görə ölkə tarixində ən geniş amnistiyalardan biri olacağı ehtimalı onun ictimai əhəmiyyətini daha da artırır. On minlərlə insanın taleyinə müsbət təsir göstərəcək bu qərar cəmiyyətdə sosial sabitliyin və inamın möhkəmlənməsinə xidmət edir.
Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Bu dəfəki amnistiya 20 mindən çox şəxsə şamil ediləcək. Anistiya tətbiq olunduğu şəxslərdən 733-ü Vətən müharibəsi iştirakçısı, 837-si qadın, 65-i yetkinlik yaşına çatmayanlardır.
İmzalanan əfv sərəncamları, qəbul edilən amnistiya aktları törətdikləri müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəmiyyət üçün yararlı vətəndaşa çevrilmələri naminə yaradılmış imkanların ən ümdəsidir.
Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
İnanırıq ki, cəzadan azad olunmuş məhkumlar ömürlərinin qalan hissəsini qanunun aliliyinə söykənərək heç bir ciddi səhvə yol verməyəcək, bir daha cinayətə əl atmayacaqlar.

Muğan Əliyev
Abşeron rayon Vəkil bürosunun müdiri

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru