Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü

Tarix:Bu gün, 10:42

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü

Müasir Azərbaycan dövlətinin tarixində son iyirmi ildən artıq dövr dərin məzmunu, taleyüklü qərarları və dönüş nöqtələri ilə seçilir. Bu mərhələ Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan təkcə sosial-iqtisadi inkişaf mərhələsi keçməyib, eyni zamanda 30 ilə yaxın davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa edib, suverenliyini tam təmin edib və yeni geosiyasi reallıq yaradıb. Bu gün Azərbaycan regionda güc mərkəzi, beynəlxalq miqyasda isə etibarlı tərəfdaş kimi qəbul olunursa, bunun arxasında düşünülmüş dövlət siyasəti, siyasi iradə və qətiyyətli liderlik dayanır.
2003-cü ildə Prezident seçilən İlham Əliyev ilk gündən ölkənin əsas probleminin – Qarabağ münaqişəsinin həllinin yalnız beynəlxalq hüquq, milli maraqlar və güclü dövlət konsepsiyası əsasında mümkün olduğunu bəyan edib. Uzun illər ərzində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi ardıcıl və prinsipial olub. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt ərazi bütövlüyü ilə bağlı kompromisə getməyəcək. Paralel şəkildə güclü iqtisadiyyat qurulub, müasir ordu formalaşdırılıb, beynəlxalq arenada hüquqi-siyasi əsaslar möhkəmləndirilib.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə yüksək peşəkarlıq, texnoloji üstünlük və milli ruh nümayiş etdirərək düşməni ağır məğlubiyyətə uğratdı. Onilliklər boyu toxunulmaz hesab edilən işğal rejimi qısa müddətdə darmadağın edildi. Cəbhədə qazanılan qələbələrlə yanaşı, Prezident İlham Əliyevin informasiya və diplomatiya müstəvisində apardığı mübarizə də xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının beynəlxalq media orqanlarına verdiyi müsahibələr, açıq və faktlara əsaslanan çıxışları Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıq formalaşdırdı. Bu qələbə təkcə hərbi deyil, siyasi, mənəvi və tarixi Zəfər idi. Otuz ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşamış yüz minlərlə insanın ümidləri gerçəyə çevrildi. Qarabağ və Şərqi Zəngəzur artıq münaqişə bölgəsi deyil, sürətlə dirçələn, yenidən qurulan və həyata qayıdan ərazilərə çevrildi.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin tam təmin olunmasının son mərhələsi oldu. Bu əməliyyatlar nəticəsində ölkə ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna birdəfəlik son qoyuldu. Dövlət öz konstitusiya quruluşunu bütün ərazilərində bərpa etdi və separatizmin kökü tamamilə kəsildi. Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində bu proses minimum itki ilə, beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildi. Bununla da Azərbaycan dövləti öz suveren hüquqlarını tam şəkildə təmin etmiş oldu.
İşğala son qoyulması ilə paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa və yenidənqurma işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər sıfırdan qurulur, müasir infrastruktur yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq edilir. Yol, enerji, su və kommunikasiya xətləri yenidən çəkilir, hava limanları inşa olunur. Bu ərazilər eyni zamanda qısa müddətdə ölkənin iqtisadi, turizm və mədəni həyatının mühüm hissəsinə çevrilməkdədir.

Böyük Qayıdış proqramı Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyən etdiyi əsas prioritetlərdən biridir. Artıq minlərlə keçmiş məcburi köçkün doğma torpaqlarına qayıdaraq yeni, təhlükəsiz və layiqli şəraitdə yaşayır. Dövlət başçısının hər bir yaşayış məntəqəsinin açılışında şəxsən iştirak etməsi, sakinlərlə birbaşa ünsiyyəti bu prosesin nə qədər böyük siyasi və mənəvi əhəmiyyət daşıdığını göstərir. Qarabağa qayıdış yalnız fiziki məskunlaşma deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və sosial ədalətin bərpasıdır.
2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri də məhz bu tarixi mərhələnin siyasi yekunu kimi qiymətləndirilir. İlk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərində keçirilən seçkilər Zəfərin hüquqi-siyasi təsdiqi oldu. Prezident İlham Əliyevin Xankəndidə səs verməsi Azərbaycanın dövlət suverenliyinin bərpasının simvoluna çevrildi. Seçicilərin mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən Prezident seçilməsi xalqın bu siyasətə verdiyi yüksək qiymətin ifadəsi idi.
Bu gün Azərbaycan regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həm güclü orduya, həm dayanıqlı iqtisadiyyata, həm də müstəqil xarici siyasətə malikdir.
Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin fəaliyyəti yalnız bir idarəçilik dövrü deyil, bütöv bir tarixi mərhələdir. Bu mərhələ qalib dövlətin, qalib xalqın və qalib liderin tarixidir. Azərbaycan bu gün gələcəyə inamla baxırsa, bunun əsas səbəbi güclü dövlət iradəsi, düşünülmüş strategiya və xalqla lider arasında möhkəm birlikdir.

Dilşad Abbasova
45 saylı Dairə Seçki Komissiyasının sədri

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru