Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur

Tarix:1-02-2026, 19:44

Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur


Tarixin bütün mərhələlərində dövlətlərin gücü yalnız iqtisadi göstəricilərlə deyil, yetişdirdiyi insan potensialı ilə ölçülüb. Azərbaycan da bu reallığı düzgün qiymətləndirən ölkələrdəndir. Məhz buna görə gənclər siyasəti ölkəmizdə epizodik təşəbbüs deyil, ardıcıl, sistemli və strateji dövlət xətti kimi formalaşdırılıb.

Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun siyasi fəlsəfəsində gənclər dövlətin sabahı deyil, dövlətin davamlılığının əsas təminatı kimi qəbul olunurdu. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərlə bağlı qəbul edilən fərmanlar, yaradılan institutlar, forumlar və proqramlar Azərbaycan gəncliyinin ictimai-siyasi proseslərdə fəal iştirakına geniş meydan açdı. Məhz həmin dövrdə gənclər anlayışı ilk dəfə sosial kateqoriya yox, dövlət resursu kimi dəyərləndirilməyə başladı.

Bu xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Müasir dövrün tələbləri nəzərə alınaraq gənclər siyasəti artıq təkcə sosial dəstək yox, liderlik, innovasiya, rəqəmsal bacarıqlar və qlobal rəqabət yönümlü strategiya kimi formalaşdırıldı. Dövlət gənclərə sadəcə qayğı göstərmir, eyni zamanda onlardan yüksək nəticə tələb edir və real məsuliyyət verir.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti isə bu siyasətə xüsusi humanist məzmun qazandırıb. Təhsil, mədəniyyət, sosial rifah, istedadlı uşaqların dəstəklənməsi sahəsində həyata keçirilən layihələr gənclərin həm intellektual, həm də mənəvi inkişafına xidmət edir. Heydər Əliyev Fondunun reallaşdırdığı proqramlar minlərlə gəncin həyatında real dönüş yaradıb və onların öz potensialını üzə çıxarmasına imkan verib.

Vətən müharibəsi Azərbaycan gəncliyinin formalaşma səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Döyüş meydanında irəli atılan gənclər yalnız silahla deyil, milli ruhla, ideya ilə, dövlətçilik şüuru ilə mübarizə apardılar. Bu nəsil artıq tarix yazan nəsildir və həmin tarixin müəllifi olmaq üçün hazırlanmış bir nəslin formalaşması uzun illərin məqsədyönlü siyasətinin nəticəsidir.

Bu gün gənclərimiz beynəlxalq təhsil proqramlarında iştirak edir, texnologiya və innovasiya sahəsində uğurlar qazanır, ictimai həyatda fəallıq göstərir, könüllülük hərəkatında lider mövqedədirlər. Dövlət tərəfindən yaradılan imkanlar gənclərin özünü reallaşdırmasına şərait yaradır, amma əsas üstünlük ondan ibarətdir ki, bu imkanlardan istifadə edən gənclər artıq məsuliyyətli və düşünən vətəndaşlardır.

Təhsil sahəsində çalışan bir rəhbər kimi gündəlik fəaliyyətimdə bunu aydın görürəm: bugünkü şagird daha tələbkardır, daha məlumatlıdır və gələcək planlarını daha real qurur. Onlar təkcə diplom almaq yox, cəmiyyətə faydalı olmaq istəyirlər. Bu isə tərbiyənin, ideoloji xəttin və dövlət siyasətinin düzgün qurulmasının göstəricisidir.
Azərbaycanın inkişaf strategiyasında gənclər artıq passiv iştirakçı yox, proseslərin birbaşa subyektidir. Onlara yaradılan şərait ölkənin gələcəyinə qoyulan ən təhlükəsiz və ən səmərəli sərmayədir. Bu gün formalaşan gənclik sabah yalnız ölkəni idarə etməyəcək, eyni zamanda onun ideoloji dayağı olacaq.

Azərbaycanın gücü təkcə resurslarında deyil, düşünən, yaradan və məsuliyyət daşıyan gənclərindədir. Məhz buna görə gənclər siyasəti bu ölkədə sadəcə sosial xətt deyil, milli inkişaf fəlsəfəsidir.

Elşən Quliyev
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin direktoru

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri