Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan musiqisinin əbədi səsi – Üzeyir Hacıbəyli 140 yaşında

Tarix:18-09-2025, 23:26

Azərbaycan musiqisinin əbədi səsi – Üzeyir Hacıbəyli 140 yaşında


Bu gün Azərbaycan mədəniyyətinin və musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 ili tamam olur. 18 sentyabr – dahi bəstəkarın doğum günü ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin 1995-ci ildə imzaladığı Fərmana əsasən təsis edilən bu əlamətdar gün Azərbaycanın bütün bölgələrində silsilə tədbirlərlə bayram edilir. Prezident İlham Əliyevin 2025-ci il fevralın 3-də imzaladığı Sərəncamla Üzeyir Hacıbəylinin 140 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur. Dövlət başçısının Sərəncamında Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi nadir irs, milli musiqi xəzinəsini zənginləşdirməsi, Şərq və Qərb musiqisinin vəhdətində dünya səhnəsinə çıxardığı incilər yüksək dəyərləndirilir.

Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin banisi, musiqişünas-alim, publisist və dramaturq kimi çoxşaxəli yaradıcılığı ilə xalqımızın milli-mənəvi sərvətinə əvəzsiz töhfələr verib. Onun adı ilə Azərbaycan opera və operetta sənətinin tarixi başlanır. 1908-ci ildə Bakıda səhnəyə qoyulan “Leyli və Məcnun” operası ilə Qoca Şərqin opera tarixi yazılmağa başladı. Ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm”, “Harun və Leyla” kimi əsərlər milli opera sənətinin zəngin xəzinəsinə daxil oldu. Bəstəkarın yaradıcılıq zirvəsi sayılan “Koroğlu” operası isə təkcə Azərbaycan deyil, dünya musiqi səhnəsinin ən möhtəşəm nümunələrindən biri kimi dəyərləndirilir.

Üzeyir bəy həmçinin Şərqdə operetta janrının əsasını qoyaraq “Ər və arvad”, “O olmasın, bu olsun” və “Arşın mal alan” kimi musiqili komediyalarla dünya teatr tarixində silinməz iz buraxıb. Xüsusilə “Arşın mal alan” 70-ə yaxın dilə tərcümə olunaraq 100-dən çox teatrın səhnəsində oynanılıb, beş dəfə ekranlaşdırılıb və Azərbaycan musiqisinin beynəlxalq şöhrətinə çevrilib. Onun 300-dən çox xalq mahnısını nota köçürməsi, marşlar, romanslar və kamera əsərləri yaratması milli musiqimizin inkişafında misilsiz rol oynayıb. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet dövrü Azərbaycanının dövlət himnlərinin müəllifi olan Üzeyir Hacıbəyli musiqişünas-alim kimi də mühüm irs qoyub. 1945-ci ildə nəşr olunan “Azərbaycan xalq musiqisinin əsasları” əsəri bu gün də musiqi tədrisində əsas vəsait kimi istifadə olunur.

Üzeyir Hacıbəylinin xatirəsi yalnız vətənimizdə deyil, bütün dünyada ehtiramla yad olunur. Onun adını daşıyan Beynəlxalq Musiqi Festivalı hər il sentyabrın 18-də – Milli Musiqi Günündə öz pərdəsini açır. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də ICESCO-nun dəstəyi ilə keçirilən festival bu il 17-ci dəfə tamaşaçıların görüşünə gəlir. Sentyabrın 28-dək davam edəcək möhtəşəm musiqi bayramı Bakı, Sumqayıt, Şuşa, Gəncə, Ağcabədi, Naxçıvan və Qazaxda zəngin proqramla musiqisevərlərə unudulmaz anlar yaşadacaq. Festivalda Azərbaycan musiqiçiləri ilə yanaşı, Türkiyə, ABŞ, Almaniya, Fransa, İsveçrə, Cənubi Koreya və digər ölkələrdən tanınmış ifaçılar və musiqişünaslar iştirak edirlər.

Üzeyir Hacıbəylinin yubileyi münasibətilə Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrdə, eləcə də Abşeron rayon Xırdalan şəhər Onbirillik Musiqi Məktəbində də silsilə tədbirlər təşkil olunub. Konsertlər, sərgilər və elmi simpoziumlarla zəngin proqram çərçivəsində böyük bəstəkarın irsi yenidən təbliğ edilir, gənc nəslə milli musiqinin dəyəri və əhəmiyyəti aşılanır.

Dahi bəstəkarın işıqlı xatirəsi bu gün də Azərbaycan xalqının qəlbində yaşayır, onun musiqisi isə milli kimliyimizin, azərbaycançılıq ideallarımızın əbədi rəmzi kimi səslənir.

İkram Manafov,
Abşeron rayon Xırdalan şəhər 11 illik Musiqi məktəbinin direktoru, əməkdar müəllim

Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq