Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır ŞƏRH

Tarix:27-07-2022, 08:48

Dil hər bir xalqın varlığının əsas təminatçısıdır ŞƏRH


1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Ulu Öndərimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafı istiqamətində də müstəsna xidmətlər göstərib. Çünki ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın milli varlığının təsdiqidir. Millətin millət kimi formalaşmasında dil ən mühüm amildir. Hər bir xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi onun dilində öz əksini tapır. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu Öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi işlər gerçəkləşdirmişdi. Məhz Ulu Öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi rəsmiləşmişdi. Belə ki, ulu öndər Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında ilk dəfə Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirildi.

Müstəqillik dövründə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycan dilinin inkişafında yeni mərhələ başlandı. Belə ki, 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bütün bunların həyata keçirilməsində böyük öndərimiz Heydər Əliyevin apardığı dil siyasətinin çox mühüm önəmi, əhəmiyyəti vardır. Mədəniyyətimizə, incəsənətimizə, dilimizə qayğı hər bir vətəndaşdan milli təəssübkeşlik mövqeyini nümayiş etdirməyi tələb edir. Dil məsələlərinə gəldikdə isə onu demək lazımdır ki, dilçiliyimizin Azərbaycan dilinin dəyərini, rolunu, zənginliklərini, incəliklərini və s. məsələləri üzə çıxarması üçün olduqca əlverişli şərait yaranmışdı. Böyük öndərimiz doğma dilimiz haqqında çox müdrik kəlamlar səsləndirib. Bu kəlamlardan birini xatırlayaq: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Ümumiyyətlə, müstəqillik illərində Heydər Əliyevin qayğısı nəticəsində ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Bu gün dilimizin özünəməxsus kamil qrammatik quruluşu, zəngin fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” böyük öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanında deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Tarixin müxtəlif mərhələlərində dilimizə qarşı edilmiş haqsızlıqların, təzyiq və təhriflərin nəticələrinin aradan qaldırılması üçün hazırda ölkəmizdə çox əlverişli şərait mövcuddur. Dil öz daxili qanunları əsasında inkişaf edirsə də, onun tədqiq və tətbiq edilməsi üçün yaradılmış geniş imkanlar bu inkişafın daha sürətli və dolğun olmasına təkan verir”. Həmin ildə Ulu Öndərin Fərmanı ilə 1 avqust tarixi ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olundu. 2003-cü il yanvarın 2-də isə Ulu Öndərin fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi.

Bu gün Azərbaycan dili ölkəmizin dövlət dili səviyyəsində qərarlaşaraq xalqımızın milli kimliyini bütün dünyaya təqdim edir. Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Eyni zamanda, müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Beləliklə, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi qərarlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını təsdiqləyir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Azərbaycan xalqının Qurtuluş Günü
Azərbaycan xalqının Qurtuluş Günü
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Türk dövlətləri arasında birlik güclənir
Türk dövlətləri arasında birlik güclənir
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan konstitusion və suveren dövlətdir
Azərbaycan konstitusion və suveren dövlətdir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib