Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan dövlətinin əbədi sütunları: Konstitusiya və suverenliyin gücü

Tarix:2-08-2025, 10:15

Azərbaycan dövlətinin əbədi sütunları: Konstitusiya və suverenliyin gücü


Azərbaycanın müasir dövlətçilik tarixi zəngin ənənələrə və böyük nailiyyətlərə əsaslanır. Ölkəmiz bu gün hüquqi dövlət quruculuğunda mühüm uğurlar əldə edib, suverenliyini qorumaqla yanaşı, beynəlxalq arenada mövqeyini də gücləndirib. 2024-cü il 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən Dövlət Suverenliyi Günü də məhz bu inkişafın simvoludur. Hər il sentyabrın 20-si ölkəmizdə dövlət suverenliyinin bərpası və qanunun aliliyinin təmin olunması günü kimi geniş şəkildə qeyd olunur. Bu, Azərbaycan xalqının müstəqillik uğrunda apardığı qətiyyətli mübarizənin və dövlətçilik ənənələrinin yaşadılmasının parlaq nümunəsidir.
Azərbaycanın dövlətçilik tarixi konstitusiya quruluşu ilə sıx bağlıdır və bu tarixin əsas mərhələləri sovet dövründən başlayır. Azərbaycanın ilk Sovet Konstitusiyası 1921-ci ilin mayında qəbul edildi və sonrakı illərdə müxtəlif yeniliklərə, dəyişikliklərə məruz qaldı. 1925-ci ildə SSRİ-nin ümumi konstitusiyasına uyğunlaşdırılan yeni redaksiya qəbul olundu. 1978-ci ilin aprelin 21-də isə Azərbaycan SSR-nin son konstitusiyası təsdiq edildi ki, bu sənəddə ümummilli lider Heydər Əliyevin təklifi ilə Azərbaycan dili dövlət dili statusu aldı. Bu, milli kimliyimizin və dövlətçilik ənənələrinin inkişafında önəmli addım oldu.
1990-cı illərin əvvəllərində Sovet İttifaqının süqut etdiyi mürəkkəb dövrdə Azərbaycan xalqı uzun illər arzuladığı müstəqilliyə gedən yolda vacib addımlar atdı. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə yaradılmış, lakin 1920-ci ildə sovet işğalı ilə süqut etmişdi. Bu iki il ərzində formalaşan milli dövlətçilik ənənələri müstəqillik arzularının təməlini qoydu. 70 il Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı bu arzunu ürəyində yaşatdı və nəhayət 1991-ci il oktyabrın 18-də qəbul edilən Dövlət Müstəqilliyi Aktı ilə öz müstəqil dövlət statusunu bərpa etdi. Bu hadisə müasir Azərbaycan tarixində dönüş nöqtəsi oldu.
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq və xaosdan xilas etdi. Onun rəhbərliyi altında 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası hüquqi dövlət quruculuğunun təməlini qoydu. Bu sənəd hüququn aliliyini, demokratik təsisatların inkişafını və vətəndaşların hüquqlarının qorunmasını təmin edən əsas qanun kimi qəbul edildi. Hər il noyabrın 12-si Konstitusiya Günü kimi dövlət səviyyəsində qeyd olunur.
Konstitusiyanın qəbulu ilə Azərbaycan hüquq sistemində yeni institutlar yaradıldı, o cümlədən konstitusiya ədalət mühakiməsi orqanları. Bu addım ölkədə qanunların aliliyinin təmin olunması və demokratik dövlətçilik prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb etdi.
2003-cü ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttini davam etdirərək, ölkənin iqtisadi potensialını gücləndirməyə, ordu quruculuğuna və suverenliyin möhkəmləndirilməsinə böyük önəm verdi. İlham Əliyevin əsas məqsədi ölkənin işğal altında olan torpaqlarını azad etmək idi. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, güclü və peşəkar ordu formalaşdırıldı. Prezident həm də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün diplomatik və informasiya müharibəsi apardı.
Ulu Öndərin dediyi kimi, “Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün torpaqlarımızı qaytaracağıq” ifadəsi İlham Əliyev dövründə gerçəkliyə çevrildi. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları ilə isə ölkənin ərazi bütövlüyü tam şəkildə bərpa edildi. Konstitusiyanın hüquqi qüvvəsi artıq işğaldan azad olunan bütün ərazilərdə bərqərar olmuşdur.
2025-ci il Azərbaycan üçün xüsusi il olaraq “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar dövlətçilik ənənələrinin daha da möhkəmlənməsi, hüquqi dövlətin inkişafı və milli birlik ruhunun gücləndirilməsi baxımından önəmli hadisədir. Həmçinin, bu addım Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu artıracaq. Konstitusiyanın 30 illik yubileyi və Vətən müharibəsində qələbənin 5-ci ildönümü fonunda Azərbaycanın hüquqi bazası daha da möhkəmlənir, vətəndaşların hüquq və azadlıqları genişlənir, dövlət quruculuğu dinamik surətdə davam edir.
Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası, sosial infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Azərbaycanın milli həmrəyliyinin və dirçəlişinin parlaq təzahürüdür.
Nəticə etibarilə, Azərbaycanın dövlətçilik tarixi zəngin ənənələrə və böyük nailiyyətlərə malikdir. Ali Baş Komandan İlham Əliyevin siyasəti sayəsində Azərbaycan güclü, müstəqil və suveren dövlət kimi beynəlxalq səviyyədə möhkəmlənib. Ölkənin Konstitusiyası və qanunvericilik bazası hüququn aliliyini təmin edir, vətəndaşların hüquqlarını qoruyur və dövlətin güclü idarə olunmasına zəmin yaradır. Dövlət Suverenliyi Gününün təsisi və “Konstitusiya və Suverenlik İli”nin elan olunması bu inkişafın mühüm simvollarıdır. Azərbaycan gələcəkdə də müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qoruyacaq, sosial-iqtisadi inkişafa nail olacaq və beynəlxalq münasibətlərdə fəal iştirak edəcəkdir.

Lamiyə Həsənzadə,
A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru

Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib