Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dövlətçilik tariximizdə yeni mərhələ

Tarix:17-09-2025, 08:37

Dövlətçilik tariximizdə yeni mərhələ


2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu qərar təsadüfi deyil – 2025-ci il həm Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümü, həm də 2020-ci ildə qazanılmış Vətən müharibəsinin 5-ci ildönümü ilə yadda qalır. Bu iki möhtəşəm yubiley ölkəmizin hüquqi və hərbi-siyasi əsaslarının möhkəmlənməsinin rəmzi kimi tarixdə xüsusi yer tutur.
Azərbaycanın konstitusiya tarixində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. 1995-ci il noyabrın 12-də qəbul edilən ilk milli Konstitusiya müstəqil dövlətimizin hüquqi bünövrəsini qoydu. İnsan hüquqlarının qorunması, dövlət quruluşu və iqtisadi münasibətlərin tənzimlənməsi kimi prinsipləri özündə əks etdirən bu sənəd, Azərbaycanın demokratik inkişaf yolunun əsasını təşkil etdi. Ulu Öndər qeyd edirdi: “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir”.

2003-cü ildə Prezident seçilən İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini bəyan edərək ölkəmizin iqtisadi potensialını gücləndirdi, ordu quruculuğunu prioritetə çevirdi və uzun illər işğal altında qalan torpaqlarımızın azad olunması istiqamətində məqsədyönlü addımlar atdı. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın bütün əraziləri işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyev bildirib: “Biz bu torpaqlara əbədi qayıtmışıq, buradan bizi heç kim çıxara bilməz”. Bu Zəfər həm də Konstitusiyanın 11-ci maddəsində təsbit olunmuş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipinin reallaşması deməkdir.

1995-ci ildən bəri Konstitusiyaya edilmiş dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının geniş təminatı və regional inkişaf istiqamətində mühüm islahatları özündə ehtiva edir. Bu dəyişikliklər hüquqi sabitliyi möhkəmləndirir, vətəndaşların maraqlarını qoruyur.
Birinci vitse-prezident Mehriban Əliyeva milli-mədəni irsin qorunması, təhsil və sosial sahələrdə layihələr vasitəsilə ölkəmizin hüquqi və mənəvi dayaqlarını möhkəmləndirir. Heydər Əliyev Fondunun təşəbbüsləri çərçivəsində icra olunan proqramlar gənclərin dövlətçilik ideyaları və hüquqi biliklərlə silahlanmasına töhfə verir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkənin bütün bölgələrində tədbirlər keçirilir. Abşeron rayonunda konfranslar, seminarlar, sərgilər və mədəni proqramlar əhalinin hüquqi maarifləndirilməsi və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə yönəlib. Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə də bu qəbildən olan tədbirlər, seminarlar və görüşlər təşkil olunub və yeni tədris ilində də davam etdiriləcək.
Azərbaycan yalnız hüquqi dövlət prinsiplərini möhkəmləndirmir, həm də tarixi torpaqlarında genişmiqyaslı abadlıq və quruculuq işləri aparır. Qarabağ və Şərqi Zəngəzur bölgələri dövlətimizin gücünü və xalqımızın iradəsini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə şəhərlər, kəndlər bərpa olunur, müasir infrastruktur qurulur və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı təmin edilir. Yeni məktəblər, xəstəxanalar, yollar və sosial obyektlər inşa olunur. Bu proses həm dövlətçilik tarixində, həm də milli yaddaşımızda ən böyük qayıdış proseslərindən biridir.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik ənənələrinin möhkəmlənməsi, hüquqi dövlətin inkişafı və milli birlik ruhunun gücləndirilməsi baxımından mühüm addımdır. Konstitusiya ölkəmizin siyasi, hüquqi və sosial sisteminin əsasını təşkil edən ali hüquqi sənəddir. Bu il ərzində keçiriləcək tədbirlər və layihələr gənc nəsli hüquqi savadlı etmək, vətəndaş məsuliyyətini artırmaq və milli dəyərlərə hörmət ruhunu aşılayacaq.
Azərbaycanın müasir dövlətçilik tarixi zəngin ənənələrə və böyük nailiyyətlərə əsaslanır. 2024-cü il 19 sentyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən Dövlət Suverenliyi Günü də məhz bu inkişafın simvoludur. Hər il sentyabrın 20-si ölkəmizdə dövlət suverenliyinin bərpası və qanunun aliliyinin təmin olunması günü kimi qeyd olunur.

2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə suverenliyimizin praktiki təsdiqi oldu. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır, Konstitusiyada təsbit olunmuş prinsiplər reallıqda həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası, sosial infrastrukturun yenidən qurulması və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı milli həmrəyliyin və dirçəlişin parlaq nümunəsidir.
Azərbaycan hüquqi dövlət quruculuğunda, milli kimliyin möhkəmlənməsində və vətəndaş cəmiyyətinin inkişafında böyük uğurlar əldə edib. Dövlət Suverenliyi Gününün təsisi və “Konstitusiya və Suverenlik İli”nin elan olunması bu inkişafın mühüm simvollarıdır.

2025-ci il göstərir ki, Azərbaycan yalnız Konstitusiya prinsiplərinə əsaslanaraq deyil, həm də tarixi torpaqlarının bərpası və milli birliyini qorumaqla güclü, müstəqil və suveren dövlət olaraq gələcəyə addım atır.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru

Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək