Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi

Tarix:11-08-2025, 08:54

Konstitusiya və suverenlik: Milli iradənin təntənəsi


Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin hüquqi dövlət quruculuğunda, milli kimliyimizin möhkəmlənməsində və vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələdir. Bu qərar təkcə dövlət sənədinin – Konstitusiyanın əhəmiyyətini vurğulamaq deyil, həm də xalqımızın azadlıq iradəsini, müstəqilliyinə sadiqliyini, milli dəyərlərini daha da gücləndirmək məqsədi daşıyır. Prezidentin sərəncamında da qeyd olunduğu kimi, Konstitusiya ölkəmizin siyasi, hüquqi və sosial sisteminin əsasını təşkil edən ali hüquqi qüvvəyə malik sənəddir. 2025-ci il ərzində keçiriləcək tədbirlər və layihələr bu dəyərlərin təbliği, gənc nəslin hüquqi savadlılığının artırılması, vətəndaşların dövlətçilik prosesində fəallığının yüksəldilməsi istiqamətində mühüm rol oynayacaq.

Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Azərbaycan xalqı azad, müstəqil yaşamaq, öz taleyini özü müəyyən etmək əzminə və iradəsinə sahibdir.” Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi – referendum vasitəsilə qəbul edilib. Bu sənəd müstəqilliyimizin hüquqi əsaslarını möhkəmləndirərək, dövlətin idarəetmə forması, insan hüquq və azadlıqları, iqtisadi sistemin prinsipləri kimi fundamental məsələləri müəyyənləşdirib. Konstitusiyanın qəbulundan öncə ölkəmiz mürəkkəb siyasi proseslərdən keçmiş, dövlət müstəqilliyi yenicə bərpa edilmişdi. 1991-ci il 18 oktyabrda qəbul edilmiş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” Azərbaycanın beynəlxalq hüquq subyekti kimi tanınmasının başlanğıcı oldu. Lakin bu müstəqilliyi möhkəmləndirmək üçün güclü hüquqi baza tələb olunurdu. 1995-ci ildə qəbul edilən Konstitusiya məhz həmin zərurətin nəticəsi idi.

Suverenlik sadəcə siyasi termin deyil, hər bir millətin azad iradəsini, daxili və xarici siyasətdə müstəqilliyini, xalqın öz taleyini özü müəyyən etmək haqqını ifadə edir. Azərbaycan bu hüququna tarix boyu dəfələrlə sahib olub, lakin imperiyalar, müharibələr və siyasi dəyişikliklər nəticəsində dəfələrlə itirib. XX əsrin sonunda yenidən qazanılan suverenlik bu gün təkcə ərazi bütövlüyü ilə deyil, həm də milli iqtisadiyyat, mədəniyyət, təhsil, diplomatiya və müdafiə gücü ilə ölçülür. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bizim əsas vəzifəmiz müstəqilliyimizi əbədi etmək, onu möhkəmləndirmək və gələcək nəsillərə daha da güclü şəkildə ötürməkdir.” 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən qələbə suverenliyimizin praktiki təsdiqi oldu. Artıq dövlət sərhədlərimiz bərpa edilib, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa işləri aparılır. Bu, Konstitusiyanın ruhuna və maddələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bariz nümunəsidir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət qurumları, QHT-lər, təhsil müəssisələri və ictimai birliklər tərəfindən geniş tədbirlər planı həyata keçiriləcək. Bu tədbirlərə məktəb və universitetlərdə Konstitusiya dərslərinin keçirilməsi, hüquq maarifləndirmə kampaniyaları, Konstitusiya mövzusunda müsabiqələr və esse yarışmaları, dövlətçilik və suverenlik mövzusunda elmi-praktik konfranslar, tarixi sənədlərin sərgilənməsi və mobil muzey layihələri, regionlarda hüquq məsləhət mərkəzlərinin yaradılması, sosial şəbəkələrdə maarifləndirici videoçarxlar və kampaniyalar daxildir.

“Konstitusiya və Suverenlik İli” hər bir azərbaycanlı üçün milli kimliyini, hüquqlarını və azadlıqlarını daha dərindən dərk etmək imkanıdır. Bu il ərzində keçiriləcək tədbirlər gələcək nəsillərə vətəndaş məsuliyyətini, milli dəyərlərə hörməti və dövlətə sadiqliyi aşılayacaq. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq isə göstərir ki, Konstitusiyamızda təsbit olunmuş prinsiplər kağız üzərində qalmır – onlar real həyatda, azad və müstəqil Azərbaycanın hər qarışında gerçəkləşir.

Afət Camalova,
Mehdiabad qəsəbəsi 3 nömrəli tam orta məktəbin direktoru

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi