Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır

Tarix:17-08-2025, 18:24

Dövlət Bayrağı suveren ölkəmizin hər bölgəsində qürurla dalğalanır


2025-ci il Azərbaycan tarixində həm hüquqi, həm də hərbi-siyasi baxımdan əlamətdar il kimi yadda qalır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qərarı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu qərar təsadüfi deyil: 2025-ci il həm Azərbaycan Konstitusiyasının qəbulunun 30-cu ildönümü, həm də 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümü ilə yadda qalır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Otuz ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur torpaqları Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində azad edildi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror əməliyyatları nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu, Konstitusiyanın 11-ci maddəsində təsbit edilmiş “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” prinsipinin həyata keçirilməsinin canlı nümunəsi oldu. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri aparılır, yeni təhsil müəssisələri inşa edilir, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, bölgə müasir həyatın bütün imkanları ilə yenidən canlanır.

Azərbaycanın konstitusiya tarixində Ümummilli Lider Heydər Əliyevin rolu əvəzsizdir. 1995-ci il noyabrın 12-də qəbul edilən ilk milli Konstitusiya ölkəmizin hüquqi bünövrəsini qoydu, insan hüquqlarının qorunması, dövlət quruluşu və iqtisadi münasibətlərin tənzimlənməsi kimi əsas prinsipləri təsbit etdi. Ulu Öndərin uzaqgörən siyasəti milli birliyi möhkəmləndirdi, dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etdi. Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit olundu və bu, milli kimliyin qorunması baxımından tarixi hadisə oldu.

2003-cü ildə Prezident seçilən İlham Əliyev Heydər Əliyev siyasətinə sadiqliyini bəyan edərək, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda ardıcıl siyasət həyata keçirdi. Onun rəhbərliyi ilə ölkənin iqtisadi potensialı gücləndirildi, ordu prioritet istiqamətə çevrildi və uzun illər işğal altında qalan torpaqların azad olunması istiqamətində məqsədyönlü addımlar atıldı. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirilmiş lokal antiterror əməliyyatları nəticəsində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibə dövründə Prezidentin xarici KİV-lərə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaqda mühüm rol oynadı.

1995-ci ildən bəri Konstitusiyaya edilən dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, insan hüquqlarının daha geniş təminatı, regional inkişaf və yerli özünüidarəetmənin gücləndirilməsi istiqamətində mühüm islahatları özündə ehtiva edir. Ümumxalq referendumları vasitəsilə həyata keçirilən əlavə və dəyişikliklər hüquqi sabitliyin möhkəmlənməsinə və vətəndaşların maraqlarının qorunmasına xidmət edib. Birinci vitse-prezident Mehriban Əliyeva milli-mədəni irsin qorunması, təhsil və sosial sahələrdə həyata keçirilən layihələr vasitəsilə ölkəmizin hüquqi və mənəvi dayaqlarını möhkəmləndirir. Tarixi abidələrin bərpası, mədəniyyət ocaqlarının yenilənməsi və maarifləndirici proqramlar gənclərin dövlətçilik ideyaları və hüquqi biliklərlə silahlanmasına xidmət edir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ölkənin bütün bölgələrində konfranslar, seminarlar, sərgilər və mədəni proqramlar təşkil olunur. Abşeron rayonunda təşkil edilən tədbirlər əhalinin hüquqi maarifləndirilməsinə və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsinə yönəlib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Abşeron rayonunun ümumi təhsil müəssisələrində də “Konstitusiya və Suverenlik İli” ilə bağlı silsilə tədbirlər keçirilir, şagirdlərdə dövlətçilik biliklərinin artırılması və milli-mənəvi dəyərlərə hörmət ruhunun aşılanması təmin olunur.

2025-ci il təkcə bir yubiley deyil, həm də müasir Azərbaycanın dövlətçilik salnaməsinin möhtəşəm səhifəsidir. Bu il ərzində keçirilən tədbirlər gənc nəslin hüquqi savadlılığını artırır, milli birliyi möhkəmləndirir və gələcək inkişaf üçün hüquqi dövlətçilik prinsiplərinin əhəmiyyətini bir daha təsdiqləyir. Azərbaycanın qanun aliliyi və müstəqilliyi hər zaman ən böyük sərvət olaraq qalacaq. Tarixi Zəfər, Konstitusiya irsi və güclü dövlətçilik strategiyası Azərbaycanı həm regionda, həm də beynəlxalq arenada nüfuzlu və suveren dövlət kimi möhkəmləndirib. Qarabağ və Şərqi Zəngəzur bölgələri bərpa olunur, irimiqyaslı quruculuq işləri aparılır, yeni təhsil müəssisələri inşa edilir, gənc nəslin hüquqi və milli bilikləri güclənir, Azərbaycanın əzəli torpaqlarında bayraq əzəmətlə dalğalanır, keçmiş məcburi köçkünlərin doğma ata-baba yurdlarında daimi məskunlaşması təmin olunur.

Elşən Quliyev,
Xırdalan Şəhər 11 nömrəli tam orta məktəbin direktoru

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır