Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir

Tarix:1-11-2025, 10:08

Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir


Abşeronda uşaqların sağlam və hərtərəfli böyüməsi, düzgün tərbiyə olunması, müasir tələblərə cavab verən şəraitdə təhsil alması istiqamətində mühüm addımlar atılır. Son illər rayon ərazisində yeni uşaq bağçalarının tikilməsi, mövcud bağçaların əsaslı şəkildə təmir olunaraq yenidən qurulması və müasir inventar-avadanlıqlarla təmin edilməsi bu sahədə əldə olunan uğurların bariz göstəricisidir.

Uşaqların sağlam böyüməsi və keyfiyyətli qidalanması daim diqqət mərkəzində saxlanılır. Bağçalarda yaradılan şərait, ərzaq təminatına nəzarət, eləcə də tərbiyəçi və müəllim heyətinin peşəkarlığı uşaqların fiziki və mənəvi inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” – Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirləri bu gün də öz aktuallığını qoruyur. Hər bir xalqın və dövlətin ən böyük sərvəti onun uşaqlarıdır. Uşaq sağlam, bilikli və vətənpərvər böyüyərsə, ölkənin gələcəyi də bir o qədər parlaq və güclü olar.

Bu istiqamətdə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin məqsədi uşaqların hərtərəfli inkişafı, onların təhsil, sağlamlıq və sosial rifah hüquqlarının tam təmin olunmasıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti artıq milli strategiya səviyyəsinə yüksəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların keyfiyyətli təhsil və tibbi xidmətlərlə təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Uşaqların rifahı, təhsili və inkişafı sahəsində görülən işlərdə Heydər Əliyev Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və “Uşaq evləri və internat evlərinin inkişafı” kimi layihələr reallaşdırılıb. Bu proqramlar aztəminatlı, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqların təhsilinə və sosial müdafiəsinə mühüm töhfə verir. Fond eyni zamanda valideyn himayəsindən məhrum olmuş və xüsusi qayğıya ehtiyacı olan uşaqların himayəsi, cəmiyyətə inteqrasiyası istiqamətində çoxsaylı layihələr həyata keçirir.

Bu gün ölkəmizin əsas məqsədi uşaqların sülh, əmin-amanlıq və təhlükəsizlik şəraitində yaşamasıdır. Azərbaycanın sabahı olan uşaqlar xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar. Qalib Azərbaycan dövləti öz gələcəyini müstəqil, güclü və vətənpərvər nəsil üzərində qurur. Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni məktəblərin və uşaq bağçalarının inşasına başlanılıb. Tezliklə bu torpaqlarda körpə səsləri, uşaqların gülüşü eşidiləcək.

Abşeron-Xızı Regional Təhsil İdarəsi də bu istiqamətdə aparılan işlərə xüsusi diqqət göstərir. İdarə tərəfindən uşaq bağçalarının maddi-texniki bazasının gücləndirilməsi, tərbiyəçilərin peşəkarlığının artırılması, bağçalarda təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə davamlı tədbirlər həyata keçirilir. Həmçinin uşaqların vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlər əsasında böyüməsi üçün maarifləndirici layihələr reallaşdırılır.

Bu gün Abşeronda uşaqların sağlam, bilikli və yaradıcı nəsil kimi formalaşması istiqamətində görülən işlər dövlət siyasətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Uşaqlara göstərilən bu diqqət və qayğı Azərbaycanın gələcəyinə, güclü və xoşbəxt nəsillərin yetişməsinə qoyulan ən dəyərli sərmayədir.

Fəranə Məhərrəmova,
Xırdalan şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri

Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir