Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək

Tarix:18-01-2022, 18:41

Zəngəzur dəhlizindən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək

Yurdsuz, torpaqsız, məskənsiz ermənilər harada məskunlaşsalar, oranı özlərinə yurd seçir, həmin torpaqları mənimsəməyə çalışırlar.
Bir vaxtlar müvəqqəti olaraq Azərbaycan torpaqlarına yerləşdirilən ermənilər burada yerli azərbaycanlıları sıxışdıraraq, öz doğma yerlərindən didərgin salaraq həmin əraziləri mənimsəmişlər. Lakin bununla kifayətlənməyərək hər dəfə yeni ərazi, yeni torpaq iddiası ilə Azərbaycana hücum edərək, dinc əhalini qəddarcasına qətlə yetirib, mal-dövlətini talan edib onların ev-eşiyinə sahib çıxmağa çalışmışlar.

“Dənizdən dənizə” xülyası ilə yaşayan erməni quldurları Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı və daha 7 rayonu 30 il işğal altında saxlayaraq yeraltı və yerüstü sərvətlərini talan edib satmışlar. Tarixi, maddi, mədəni abidələrimizə ziyan vurmuşlar. Dini ibadətgahlarımızı təhqir etmişlər. Bir çox əraziləri yerlə yeksan etmişlər. Qəbirüstü abidələrimizi sındırmışlar. Qəbirləri qazıb ölülərin qızıl dişlərini çıxartmışlar.

Azərbaycanın qələbəsi ilə müharibə başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərə gələn xarici diplomatlar, içtimaiyyət nümayəndələri, jurnalistlər erməni vandallığının şahidi olublar. Burada gördükləri onları dəhşətə gətirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB yeni reallıqları tamamilə qəbul ediblər. Azərbaycan müharibəni ləyaqətlə, beynəlxalq humanitar normaları pozmadan aparıb. Erməni tərəfindən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə hücumlar edib, şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb.
Müharibə dövründə Fransa Prezidenti Makron birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Buna baxmayaraq, sonda Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş keşirilmişdir.

İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi”.
Azərbaycan artıq özü öz gücünə tarixi torpaqlarını geri alaraq ədaləti bərpa edib. Doğma Qarabağ torpağında nəhəng tikinti işləri gedir. Bir çox nüfuzlu xarici şirkətlər buraya investisiya qoyurlar. Azərbaycan şirkətləri ilə birgə işlər görürlər. Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi açılır. Lakin Ermənistan tərəfi bu dəhlizin açılmasına bacardıqca mane olmağa çalışır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu, həm avtomobil yolu keçəcək.
Gələcəkdə oradan Naxçıvana elektrik xəttlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xəttləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilir”.

Bütün dünyanı bürüyən COVİD xəstəliyi Azərbaycandan da yan keçmədi. Azərbaycan höküməti respublikamız üçün mövcud ağır vaxtlarda belə xalqın qeydinə qaldı. İlk əvvəl respublika üzrə bütün profilaktik tədbirlər görüldü. Azərbaycana modul tipli xəstəxanalar gətirildi, əhalinin sərəncamına verildi. 48 xəstəxana COVİD xəstələrinin müalicəsi ilə məşğul olmağa başladı. Xaricdən həkimlər gətirildi.

Xəstəxanalarımızda bu xəstəliyə yoluxmuş insanları qəbul etmək üçün 10 min çarpayı var ki, onlardan yalnız 10 faizi doludur. Respublikamızda 875 reanimasiya yeri var, onlardan isə 26 faizi boşdur.
Azərbaycan artıq 2020-ci ilin yanvar ayının 18-də vaksinləri əldə etdi. Həmin vaxt vaksinlər dünya üzrə az – məhdud miqdarda idi, odur ki, vaksin əldə etmək olduqca çətin bir proses idi. Vaksinlərin alınmasında qardaş Türkiyə Respublikası Azərbaycana yaxından köməklik göstərdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Türkiyə vasitəsi ilə “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. 18 yaşdan yuxarı olan əhalinin 64 faizi artıq iki doza ilə vaksinasiya olunub. Eyni zamanda, büster dozasını 1 milyon 500 mindən çox adam alıb. Üç dəfə vaksinin vurulması hər kəsə tövsiyyə olunur”.

Şəhla Ağbulud

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Zəfərin mübarək, Azərbaycan
Zəfərin mübarək, Azərbaycan
Qələbədən Böyük Qayıdışa
Qələbədən Böyük Qayıdışa
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər