Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir

Tarix:27-01-2022, 11:19

Abşeron rayonunda şəhid ailələri və qazilərə diqqət və qayğı davam etdirilir

Abşeron rayonunda Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərində yerləşən abidəsi ziyarət olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Abdin Fərzəliyev qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Füzulinin, Xocavəndin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Ağdamın, Şuşanın, Kəlbəcərin, Laçının, Suqovuşanın azad olunması, ümumiyyətlə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər.

Həmçinin Abdin Fərzəliyev çıxışında vurğulayıb ki, Abşeron rayonunda yaşayan şəhid ailələrinin, qazilərin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bundan sonra da diqqət mərkəzində olacaq. O qeyd edib ki, Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının göstərdiyi qəhrəmanlıq, şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə onlar orden və medallarla təltif olunublar.

Sonra Prezidentin sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına orden və medallar təqdim edilib.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Prezident İlham Əliyevə, hər zaman onlara dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Xırdalan şəhərindəki Şəhidlər Abidə Kompleksini də ziyarət edib, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə çiçəklər düzüb, onların xatirəsini bir dəqiqəlik sükutla anıb.

İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilk iş günündə Xırdalan şəhərinin mərkəzi parkında və Şəhidlər Abidə Kompleksinin ərazisində abadlıq işlərinin vəziyyəti ilə tanış olub, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Sonra rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun əvvəllər yaşadığı evə gedərək, ailəsinə baş çəkib. O, şəhidin ailə üzvləri ilə görüşərək, onların qayğıları və problemləri ilə maraqlanıb. Şəhid Veysəl Musibovun anası dövlət tərəfindən bütün şəhid ailələri kimi, onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduğunu, Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbə oğlunun adının verildiyini vurğulayaraq, göstərilən dəstək və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Şəhid ailəsinin xahişi nəzərə alınaraq, 5 nömrəli tam orta məktəbdə şəhidin büstünün qoyulması üçün müvafiq tapşırıqlar verilib.

Abdin Fərzəliyev II Fəxri xiyabanda dəfn olunan Abşeron rayon şəhidlərinin məzarlarını, daha sonra isə rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək üzərinə tər güllər qoyub. Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

RİH başçısı Hökməli və Qobu məscidlərinə də baş çəkib. Burada şəhidlərin ruhuna dualar oxunub. Abdin Fərzəliyev qəsəbə ağsaqqalları ilə görüşərək vəziyyətlə maraqlanıb, onların arzu və istəklərini dinləyib.

Daha sonra RİH başçısı şəhid Əhmədov Emil Bahadur oğlunun evinə gedərək, onun övladı Tofiq Əhmədovun doğum günündə iştirak edib. İcra başçısı şəhid övladını 15 yaşı münasibətilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb. Bildirilib ki, rayonun bütün şəhid ailələrinə olduğu kimi, onların ailəsinə də bundan sonra hər cür lazımi dəstək göstəriləcək.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir