Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycanın gələcəyi gənclərimizdən və uşaqlarımızdan asılıdır

Tarix:2-02-2022, 09:09

Azərbaycanın gələcəyi gənclərimizdən və uşaqlarımızdan asılıdır

Ulu Öndərimiz Heydər Əliyev respublikada gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək deyirdi: - “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm.
Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

Gənclərimizin əsl layiqli Azərbaycan vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, böyük xidmətləri vardır.
1970-1980-ci illərdə Heydər Əliyevin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərirdi.

Təkcə 1970-ci ildə müdrik insan Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən çox azərbaycanlı gənc bu qayğıdan bəhrələndi.

Ümummilli Lider Heydər Əliyev: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir...

Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib xalqına, dövlətinə xidmət etməlidir”.

Hər il ali təhsil almaq, müxtəlif ixtisaslara yiyələnmək üçün 800 gənc Moskvaya, Xarkova, Sankt-Peterburqa, Ukraynaya göndərilirdi. Onlar Azərbaycana, ölkəyə faydalı, yüksək ixtisaslı həkim, mühəndis, arxitektor kimi qayıdırdılar.
Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini, tərəqqisini yüksək ixtisaslı gənclərin yetişdirilməsində görürdü.

H.Əliyev deyirdi ki, hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.
Ulu Öndərin göstərişi və 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Heydər Əliyev həmin nazirliyin əsasını qoydu.

1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurası yaradıldı və məhz Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə gənclərin 1-ci Forumu keçirildi.
1997-ci ildə isə Heydər Əliyev 2 fevral Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı.

Əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Dövlət başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Qeyd olunan proqram çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən bir sira mühüm Dövlət Proqramları təsdiq edilmişdir:

-“Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər)”;
-“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”;
-“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı;
-“2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”;
-“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı
və digər proqramlar təsdiq edilmiş və həyata keçirilmişdir.

2007-ci ili Respublika Prezidenti “Gənclər İli” elan etdi və bu ilə dair tədbirlər planı hazırlandı. Demək olar ki, bütün rayonlarda “Gənclər evi” yaradıldı. Bu gün həmin Gənclər evləri gənclərin və uşaqların istifadəsindədir.

Prezidentimizin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində də ciddi tədbirlər həyata keçirilir. Hazırda elə bölgəmiz yoxdur ki, orada müasir idman qurğuları olmasın. Gənclərimiz idman sahəsində böyük uğurlara imza atırlar. Azərbaycan artıq modern idman strukturuna malik olan bir dövlətə çevrilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Gənclər üçün əsas istiqamət, əlbəttə ki, təhsildir. Mən bütün gənclərə üz tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Bizim gənclərimiz milli ruhda , vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi millət kimi, xalq kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Şəhla Ağbulud

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir