Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR

Tarix:5-05-2022, 16:03

Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, Abşeron rayon Gənclər və İdman idarəsinin və Abşeron Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsilə idman yarışlarlarında futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub.

Mini-futbol turnirinin final mərhələsini izləyənlər arasında Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev də olub.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni oxunub, ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masazır kənd 3 nömrəli və Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin komandaları birinciliyin finalına vəsiqə qazanıblar.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda rəqibini 4:0 hesabı ilə məğlub edən Masazır 3 nömrəli tam orta məktəbinin komandası turnirin qalibi olub.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova bildirib ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Vurğulayıb ki, müasir gənclərin hərtərəfli formalaşması, xüsusilə, idman sahəsində böyük nəaliyyətlər əldə etməsi məhz ulu öndər Heydər Əliyevin memarı olduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Uğurlu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilərək daha da inkişafı nəticəsində gənclərimiz daha böyük nəaliyyətlər əldə edirlər. Bu gün Azərbaycan gənci dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev yarış iştirakçılarını və qonaqları salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu Öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Sonra çıxış edən Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmrəliyev bildirib ki, respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış uğurların ilbəil artması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

Çıxışlardan sonra qalib komandalar mükafatlandırılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.

Məlumat üçün bildirək ki, aprelin 22-də başlanan turnirdə Abşeron rayonunun orta məktəblərinin 40 komandası 5 qrupa bölünərək mübarizə aparıblar.

Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR
Abşeronda mini futbol üzrə rayon birinciliyinin qalibləri məlum olub -FOTOLAR

Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu