Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronda “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb

Tarix:7-05-2022, 19:28

Abşeronda “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibləri mükafatlandırılıb
Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı, “Məktəbli Liqası” Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyi, Abşeron Rayon Təhsil Şöbəsi, Abşeron Rayon Heydər Əliyev Mərkəzi, Abşeron Rayon Gənclər və İdman İdarəsi və “Consensus” İntellectual Center-in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə rayon çempionatının final mərhələsi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman vətən övladlarının əziz xatirəsini birdəqiqəlik sükutla yad edərək, böyük Liderə və bütün şəhidlərimizə hörmət və ehtiramlarını bildiriblər.

Yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısnın müavini Gülnar Rəhimova bildirib ki, İntellektual oyununun keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, onun zəngin irsini və ideyalarını böyüməkdə olan gənc nəslə aşılamaq, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Daha sonra çıxış edən YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmrəliyev və digərləri ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

Çıxışlardan sonra intellektual oyun üzrə yarışa start verilib. Yarışda hər komandanın tərkibində 5 nəfər olmaqla, 16 komanda iştirak edib.
Abşeron Rayon Heydər Əliyev Mərkəzində keçirilən oyunun yekun nəticələrinə əsasən Qobu qəsəbə 3 nömrəli tam orta məktəbin “Fateh” komandası 19 xal toplayaraq I yerin sahibi olub. Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbin “Zirvə” komandası II, Saray qəsəbə 3 nömrəli tam orta məktəbin “Zəfər” komandası isə III yerə çıxıb.

Sonda qaliblərə Gənclərin İnkişaf və Karyera mərkəzinin Abşeron nümayəndəliyinin diplom, medal, kubok və qiymətli hədiyyələri təqdim olunub.

Məlumat üçün bildirək ki, yanvarın 22-də başlanan intellektual oyununun I mərhələsində Abşeron rayonunun orta məktəblərinin 37 komandası mübarizə aparıb.

Bir imza ilə başlayan yeni strateji dövr

Müstəqillik tariximizin ən şanlı səhifəsi

Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir

Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır

Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu

Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur

Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub

Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu

Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi

Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır

Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir

Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir

Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt

Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır

Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır