Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib

Tarix:14-06-2022, 18:13

Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib

Abşeron Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı və Abşeron rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş şahmatçılar arasında təsnifat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon Heydər Əliyev Mərkəzində reallaşan mükafatlanma mərasimində çıxış edən Abşeron RİH başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova yarış iştirakçılarını rayon rəhbərliyi adından salamlayaraq bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən olan 15 İyun – Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılmışdır. Milli Qurtuluş Günü xalqımız üçün əsl qurtuluş tarixidir.

Mərasimdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Gənclər və İdman idarəsinin rəisi Əsgər Əmirəliyev və Respublika dərəcəli hakim, məşqçi-müəllim Ruhəngiz Dibirova çıxış edərək qeyd ediblər ki, 15 iyun Azərbaycan xalqı üçün sadəcə təqvim günü deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan əbədiyaşar Heydər Əliyevdir. Qədirbilən xalqımız böyük xilaskarın xidmətlərini unutmur.

Ümumilikdə 82 yeniyetmə şahmatçının mübarizə apardığı turnirin qaliblərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.

Sonda xatirə şəkilləri çəkdirilib.

Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib
Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib
Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib
Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib
Abşeron rayonunda Milli Qurtuluş Gününə həsr olunmuş şahmat turniri keçirilib

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu