Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dilimiz bizə gerbimiz, himnimiz, bayrağımız qədər önəmlidir

Tarix:1-08-2022, 15:27

Dilimiz bizə gerbimiz, himnimiz, bayrağımız qədər önəmlidir

Bizi millət kimi qoruyub saxlayan
məhz dilimiz, ədəbiyyatımız, tariximiz,
ənənələrimizdir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti

Ana dili. Bu dil anamız qədər bizə əziz və doğmadır. İlk dəfə dil açanda bu dildə danışırıq – “ana” deyirik. Odur ki, ana dili ilə ana kəlməsi həyatımıza, demək olar ki, eyni vaxtda daxil olur.
Bu dil bizə himnimiz, gerbimiz, bayrağımız qədər önəmli, vacib və gərəklidir. Xalqımız tarix boyu zaman-zaman təzyiqlərə, repressiyalara məruz qalmasına baxmayaraq öz müqəddəs dilini qoruyub saxlayıb, əsrlərlə yaşada bilib.
Azərbaycan dili dünyada 50 milyondan çox insanın ünsiyyət vasitəsidir. Azərbaycan xalqının milli sərvəti olan azərbaycan dili anaların qəlbindən süzülən şirin layla dilidir, nəsr dili, poeziya dilidir. Azərbaycan dili gözəl, axıcı dildir. Bu dil özlüyündə, sanki ruhları oxşayan şeirdir, nəğmədir. Bu dildə hətta keçmişdə savadı belə olmayan analar, nənələr özlərindən bayatılar uydurmuş, misallar yaratmışlar.

Ta qədimdən bu dildə müdrik atalar sözləri, əfsanələr yaranmışdır.

Dahi şairlərimiz bu dildə yazaraq, dilimizi, mədəniyyətimizi dünyada tanıtmışdılar.
1920-ci ildən 60-cı illərədək əhalinin əksəriyyəti azərbaycanlılar olmasına baxmayaraq, Azərbaycanda öz ana dilimiz dövlət dili hesab olunmurdu. Dilimizi inkişaf etdirməyə imkan verilmirdi. Bu barədə danışanlar hətta Sibirə sürgün edilirdi. Ş.İ.Xətai, M.Füzuli, M.P.Vaqif, Ü.Hacıbəyov, C.Məmmədquluzadə dilimizin saflığını qorumağa çalışmışdılar.Şıxəli Qurbanov, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Bəxtiyar Vahabzadə və bu kimi sənətkarlar milli dəyərlərimiz uğrunda mübarizə aparırdılar.

Bəxtiyar Vahabzadə Azərbaycan dilinə həsr etdiyi “Ana dili” şeirində deyirdi:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir...onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dilimizə mühasibət demək olar ki, sürətlə dəyişməyə başladı. 1978-ci ildə çox çətinliklə də olsa Azərbaycan dilinə dövlət statusu verildi. Bu Azərbaycanın müstəqilliyinə gedən ilk, uğurlu yol idi.
Ümummilli Lider Heydər Əliyev: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq üçün qabaqcıl adamların, elm bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Dilimiz günbəgün inkişaf edir, müasirləşir, leksikonumuza yeni sözlər əlavə olunur. Dilimizin inkişafı ilə əlaqədar son dövrlərdə bir çox uğurlar əldə edilib. Keçmiş Sovetlər dönəmində Azərbaycanda bütün idarə və müəssisələrdə əsas sənədlər rus dilində yazılırdı. Məhz buna görə də hər yerdə rus dilinə önəm verilirdi. Hətta elmi məqalələr, elmi işlər belə Azərbaycan dilində yazılmırdı.

Azərbaycan dilini xalqın mənəvi varlığı kimi sevən, onun tarixi köklərə malik olmasını və bu dildə danışmağı ilə fəxr etdiyini söyləyən Heydər Əliyev ana dilimizin tədrisini yüksəltmək, onu intensivləşdirmək üçün çalışırdı. Dilimizin qayğısına qalmağı, onun saflığını qorumağı, gözəlliyini duymağı, onunla fəxr etməyi, bu dildə düzgün danışmağı, onu göz bəbəyi kimi qorumağı və onu gözəl təbliğ etməyi tövsiyyə edirdi.
Ümummilli Lider Heydər Əliyev dilimizin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində çox böyük işlər gördü. Ulu Öndər deyirdi: “Bilirsiniz ki, mən son vaxtlar dövlət dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar vermişəm. Azərbaycanın latın əlifbasına, latın qrafikasına keçməsi haqqında fərman vermişəm. Bu artıq avqust ayının 1-dən tətbiq olunubdur. Çox məmnunam ki, mən buna nail oldum. Çünki bəziləri etiraz edirdilər ki, qısa müddətdə buna nail olmaq olmaz. Amma oldu. Bütün dövlət orqanlarında, təkcə dövlət, hakimiyyət orqanlarında yox, təhsildə, biznes sahəsində, hər yerdə Azərbaycanın dövlət dili hakim olmalıdır”.

Dahi rəhbər Azərbaycan dilini bütün incəliklərinə qədər mükəmməl bilirdi. Doğma Azərbaycan dilində çox gözəl çıxışlar edirdi. Xalqla görüşəndə el sözlərindən, deyimlərdən istifadə edərək danışırdı. Öz ana dilini bilməyənləri şikəst hesab edirdi Heydər Əliyev. Azərbaycan dilində öz səlist, mükəmməl danışığı ilə hər kəsə örnək olurdu. Hər kəs onun kimi danışmağa cəhd edirdi. Hətta bir dəfə şairlərimizdən biri ilə dahi rəhbərimiz arasında maraqlı bir dialoq olub. Heydər Əliyevə şair deyib ki, siz Azərbaycan dilində çox gözəl danışırsınız, Ulu Öndər isə cavab verib ki, əgər rus dilində gözəl danışırsan desəydin olardı, amma Azərbaycan dili mənim öz dilimdir və mən bu dildə gözəl danışmalıyam.

Ulu Öndərimiz Heydər Əliyevin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün dilimizə və dilçiliyimizə böyük qayğı göstərir. 2012-ci ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlər Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə qayğı ilə bərabər, eyni zamanda bu sahədə elmin inkişafı, dilimizin və dilçilik elminin dünya sivilizasiyasında qabaqcıl sıralarda yer almasının təmini ilə də bağlıdır. Bundan sonrakı sərəncamı ilə də dövlət başçısı dilimizin, elmimizin inkişafına böyük təkan vermişdir.

Dövlətimizdə dilçilik elminə diqqət və qayğı getdikcə artır. Dilimiz bizim mənəvi dəyərimizdir. Dilimizi inkişaf etdirməli, qorumalı, yaşatmalıyıq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir.

Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz –Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Şəhla Ağbulud
Azərbaycan Yazıçılar Birliyi Abşeron Bölməsinin sədri

#1avqust #Azərbaycan #Əlifba #Azərbaycan #Dili #Günü

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq