Absheron Media
Haqqımızda Bizimlə əlaqə

12 avqust - Beynəlxalq Gənclər Günüdür

Tarix:12-08-2022, 18:49

12 avqust - Beynəlxalq Gənclər Günüdür

Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci ildə hər il avqustun 12-sinin Beynəlxalq Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Həmin vaxtdan etibarən hər ilin bu günü gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə dünyada geniş qeyd olunur.

Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb. Belə ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (1998-ci il avqustun 8-12-də) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən Müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Dövlət gənclər siyasəti Abşeron rayonunda da uğurla həyata keçirilir. Abşeron RİH gənclərlə bağlı və idman sahəsində Rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi və Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzi ilə sıx əməkdaşlıq edir.Son 6 ay ərzində Abşeron Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə tədbirlər planına uyğun olaraq gənclərlə bağlı və idman sahəsində 100-ə yaxın tədbir keçirilib. Gənclər rayonun ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edir. Bu gün Abşeron rayonunda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir. Son illər Abşeron rayonunda olimpiya idman kompleksinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəbinin, şahmat məktəbinin, stadionların, süni örtüklü mini-futbol meydançalarının, orta məktəb¬lərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu imkanlardan istifadə edən gənclərimiz idman sahəsində uğurlar qazanır, Abşeron rayonunu Azərbaycan və dünya miqyasında keçirilən idman yarışlarında və çempionatlarda layiqincə təmsil edirlər.

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın müntəzəm olaraq qaliblərlə görüşü, onlara diqqət və qayğısı idmançılarda gələcək qələbələrə ruh yüksəkliyini, peşələrinə stimulu və onları daima dəstəkləyən qüdrətli Azərbaycana məhəbbəti formalaşdırır. Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşüdə bunun bariz nüməsidir.

Türkiyənin Konya şəhərində keçirilən V islam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 4 nəfəri Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Güləş Məktəbinin, 1 nəfəri isə Abşeron Taekvondo Məktəbinin yetirmələridir.

V islam Həmrəyliyi Oyunlarında (İHO) Abşeronlu idmançılardan Hacı Əliyev, İslam İlyasov, Elnurə Məmmədova və Jalə Əliyevə idmanın sərbəst güləş növü üzrə, Cavad Ağayev isə taekvondo idman növü üzrə ölkəmizi təmsil edirlər.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 65 kiloqram çəki dərəcəsində çıxış edən üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da Hacı karyerasında ikiqat İHO çempionluğunu qeyd edib. Gənclər arasında dünya çempionu, Abşeron Taekvondo Məktəbinin yetirməsi, "Mübariz" Taekvondo Klubunun üzvü Cavad Ağayev (68 kq) isə V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. Abşeron rayonunu təmsil edən digər 3 idmançımız isə V İslam Həmrəyliyi Oyunlarında çıxışlarını davam etdirilər.

Məlumat üçün bildiririk ki, Abşeron rayonunda 6300 nəfərə yaxın uşaq, yeniyetmə və gənc idmanın 28 növü ilə məşğul olur. Ötən 6 ay ərzində rayon gəncləri 11 respublika tədbirində, 5 beynəlxalq və 25 respublika idman yarışında iştirak edib. Abşeronlu gənclər respublika və beynəlxalq yarışlarda 86 medal qazanıblar. Onlar xarici ölkədə keçirilən beynəlxalq yarışlarda 6 qızıl, 5 gümüş və 8 bürünc medal, respublika yarışlarında isə 24 qızıl, 16 gümüş və 27 bürünc medal əldə ediblər.

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq