Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron idmançıları Konyada dörd medal qazanıblar

Tarix:16-08-2022, 14:53

Abşeron idmançıları Konyada dörd medal qazanıblar

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılardan dörd nəfəri Xırdalan şəhərində fəaliyyət göstərən Abşeron Güləş Məktəbinin, 1 nəfəri isə Abşeron Taekvondo Məktəbinin yetirmələridir.

Abşeron Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, V İslam Həmrəyliyi Oyunlarında abşeronlu idmançılardan Hacı Əliyev, İslam İlyasov, Elnurə Məmmədova və Jalə Əliyevə idmanın sərbəst güləş, Cavad Ağayev isə taekvondo idman növü üzrə ölkəmizi təmsil ediblər. Yarışın ilk günündə 65 kiloqram çəki dərəcəsində çıxış edən üçqat Avropa və üçqat dünya çempionu olan sərbəst güləşçimiz Hacı Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da Hacı karyerasında ikiqat İslamiada çempionluğunu qeyd edib.

İslam Həmrəylik Oyunlarında qadın güləşçilərimiz də uğurlu çıxış ediblər. Belə ki, Abşeron Güləş Məktəbinin yetirməsi Jalə Əliyeva (57 kq) qızıl medal qazanıb. Təmsilçimiz həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə qarşılaşıb. Rəqibini 14:6 hesabı ilə üstələyən J.Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər qadın güləşçimiz Elnurə Məmmədova isə bürünc medala sahib olub. Turnirdə 55 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə tunisli Faten Hammamiyə 11:0 hesabı ilə qalib gəlib.

Gənclər arasında dünya çempionu, Abşeron Taekvondo Məktəbinin yetirməsi, "Mübariz" Taekvondo Klubunun üzvü Cavad Ağayev (68 kq) isə V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Beləliklə, V İslam Həmrəyliyi Oyunlarında Abşeron idmançıları uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar
Abşeron idmançıları Konyada dörd medal qazanıblar

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu

Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu