Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir

Tarix:26-08-2022, 13:22

Azərbaycan və Qazaxıstan xalqlarını ortaq köklər birləşdirir


Qazaxıstan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhədinə malikdir.

İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana tarixi səfəri hər iki dövlət arasında münasibətlərdə yeni mərhəlinin əsasını qoydu.

Avqustun 24-də geniş tərkibli görüş başa çatdıqdan sonra Azərbaycan və Qazaxıstan dövlət rəhbərləri, hər iki ölkənin hökumət rəsmiləri, o cümlədən transmilli şirkətləri bir çox sahələrdə ikitərəfli münasibətlərin dinamik inkişafına, şaxələnməsinə və əməkdaşlığın daha da möhkəmlənməsinə istiqamətlənən anlaşma memorandumları və sazişlər imzalayıblar.

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında imzalanan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və strateji müttəfiqliyin möhkəmləndirilməsi üzrə komplex proqramı və bəyannamə Azərbaycan və Qazaxıstanın bir sıra siyasi məsələlərin həllində və regional təhlükəsizliyin təmin olunmasında birgə fəaliyyətini daha da gücləndirəcək.

Bundan əlavə, Azərbaycan və Qazaxıstan digər sahələr, xüsusilə mədəniyyət, təhsil, texnologiya, innovasiya və ticarət üzrə qarşılıqlı əlaqələrdə öz təcrübələrini bölüşəcəklər.

Mərkəzi Asiyanın türk cümhuriyyətləri artıq Türkiyə və Azərbaycanın öncüllük, liderlik etdiyi inteqrasiya proseslərində fəal şəkildə rol almaqdadır. Türk birliyinin qurulması istiqamətində inteqrasiya prosesinin ən fəal aktorları isə məhz Özbəkistan və Qazaxıstandır. Mərkəzi Asiyanın bütövlükdə gələcək taleyini və yönünü də məhz bu iki dövlətin aktiv mövqeyi müəyyən edəcək. Bu mənada, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfərləri, bunun ardınca isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin bugünlərdə ölkəmizə rəsmi səfər etməsi bütün türk dövlətlərinin qarşılıqlı münasibətlərinin genişləndirilməsində həlledici rol oynayacaq.

Bütün Türk dünyasının gələcək sıx inteqrasiyası da məhz bu dörd ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstanın sarsılmaz dostluğundan və işbirliyindən asılı olacaq. Bu dördlük bütün Türk dünyasını öz arxasınca çəkib aparan, onu gələcəyə götürən lokomotiv rolunu oynayacaq. Bunun üçün bütün imkanlar və əlverişli zəmin var. Hazırda bu dörd ölkə arasında münasibətlər kifayət qədər yüksək səviyyədədir. Həmçinin Azərbaycan-Qazaxıstan münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz demək olar ki, bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə də ölkələrimizin mövqeləri üst-üstə düşür.

Biz bu gün Qazaxıstanla bir çox sahələrdə əməkdaşlığı getdikcə genişləndiririk. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirak etməsini də ayrıca qeyd etməyimiz lazımdır. Qardaş ölkənin Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi Qazaxıstan rəhbərliyinin Azərbaycana qarşı sərgilədiyi əsl qardaşlıq münasibətinin göstəricisidir. Bu həm də iki ölkə arasında humanitar əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradacaq. Bu gün Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişlənməsində, Mərkəzi Asiyanın ən böyük ölkəsi sayılan Qazaxıstanın Türk dünyasına inteqrasiyasının dərinləşməsində Prezident İlham Əliyevin rolu və gördüyü işlər xüsusi qiymətləndirilməlidir.

İlham Əliyev Qazaxıstanın ali ordeni - “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif edilməsi də bu fikrimizi təsdiqləyir. Tokayevin dövlətimizin başçısını belə bir ali ordenlə təltif etməsi bilavasitə İlham Əliyevin Türk Dövlətləri Təşkilatının yaranması və inkişafı istiqamətində göstərdiyi xidmətlərə verilən yüksək qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan Türk dünyasının inteqrasiyası prosesində üzərinə düşən əlaqələndiricilik missiyasını uğurla yerinə yetirir.

Rövşən Rəcəbov
Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi (İƏD) üzrə nümayəndəsi

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu