Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron idmançılarından növbəti qələbələr

Tarix:27-10-2022, 13:55

Abşeron idmançılarından növbəti qələbələr

Abşeronlu gənclərin idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğurları davam edir. Belə ki, 15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində gənclər arasında ağır atletika üzrə keçirilən Avropa birinciliyində Abşeronlu ağır atlet Ömər Cavadov iki gümüş medal qazanıb. O, birdənqaldırma hərəkətində 140 kq çəkinin öhdəsindən gələrək gümüş medal əldə edib. Atletimiz təkanla qaldırma hərəkətində 165 kq çəkini başı üzərinə qaldıraraq iki hərəkətin cəmində 305 kq (140+165) nəticə ilə yekun sıralamada 2-ci yeri tutaraq Avropa çempionatında 2-ci gümüş medalını qazanıb.

***
Abşeron idmançılarından dünya çempionatında daha 4 medal əldə edilib. İtaliyanın Jesolo şəhərində kikboksinq idman növünün WAKO versiyası üzrə keçirilən dünya çempionatında gənclər arasında 54 kq çəki dərəcəsində “low kick” növündə mübarizə aparan Abşeron idmançısı Elvin Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni idman növü üzrə rayonumuzun daha bir idmançısı Gülməmməd Səfərli yeniyetmələr arasında 81 kq çəki dərəcəsində bürünc medal əldə edib.

***
İspaniyanın Pontevedra şəhərində güləş üzrə keçirilən U-23 dünya çempionatında Abşeron Güləş Məktəbinin yetirmələri Kənan Heybətov (70 kq) və İslam İlyasov (97 kq) dünya üçüncüsü olublar.
Uşuçularımız da Balkan çempionatında uğurla çıxış ediblər. Türkiyənin Afyon şəhərində uşu-kunq fu üzrə keçirilən Balkan çempionatında baş məşqçisi Elçin Eminovun rəhbərliyi altında iştirak edən yığma komandamızın üzvlərindən Hüseyn Məmmədov (42 kq), Sabir Məmmədov (33 kq), Tunar Rüstəmzadə (39 kq) və Xəyal İbrahimov (36 kq) birinci yerə çıxıblar. Gənclərin yarışında isə Raul Qasımzadə (56 kq) gümüş, Bahadur Əhmədov (65 kq) bürünc medal qazanıblar. Böyüklər arasında dördqat Avropa çempionu, İslam Oyunlarının bürünc və gümüş mükafatçısı,yığma komandanın baş məşqçisi Elçin Eminov (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

Qeyd edək ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar əldə edilib. Azərbaycanda idmana göstərilən diqqət və qayğının nəticəsidir ki, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələri ildən ilə daha da artır və bayrağımız ən yüksək zirvələrdə dalğalanır.

Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr
Abşeron idmançılarından növbəti qələbələr

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu