Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Münxen konfransı - Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru

Tarix:21-02-2023, 17:16

Münxen konfransı - Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru

18 fevral 2023-cü il tarixdə Munxendə Təhlükəsizlik konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclas keçirilib. Plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin iclasda Gürcüstanın baş naziri İrakili Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edirdilər. Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Hensgen iclasa sədrlik edirdi.

Tədbirdə Azərbaycan Prezidenti bu görüşün tarixi görüş olduğunu söylədi. Bu görüş nəinki Nikol Paşinyanın, ümumiyyətlə, erməni diplomatiyasının növbəti uğursuzluğu ilə yadda qaldı. Nikol Paşniyanın heç bir əsası olmayan sərsəm cavablarını Ermənistandan olan politoloqlar belə pislədilər. Ermənistan baş naziri özü müstəqil qərar verə bilmir. Ermənilərə xas olan xislətlə hər dəfə bir ölkənin ətəyindən yapışır. İndi də Fransanın ətəyidən yapışıblar.

Verilən suallara Nikol Paşinyan yazıq paltarında, havadarlarının təsiri ilə ikiüzlü cavablar verirdi. O, konkret və sadə suallardan yayınaraq Qarabağda humanitar böhranın baş verməsi, Laçın dəhlizinin 70 gündür bağlı olması, uşaqlarla dolu avtobusa maskalıların təzyiq etməsi, qaz təchizatının kəsilməsi kimi yalanları ilə bir daha öz səhv versiyasını ortaya qoydu.

Prezident İlham Əliyev isə cavabında regionda vəziyyətə yanaşmanın iki istiqaməti olduğunu söylədi. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikinci isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi yoxdur, əslində bu rus sözüdür. Azərbaycanda belə inzibati vahid yoxdur. Bu termin Azərbaycanın suverinliyinə və Konstitusiyasına hörmətsizlikdir. Azərbaycan çoxmillətli ölkədir. Biz bütün millətlərə hörmətlə yanaşırıq. Eyni zaman da Qarabağ rayonunda yaşayan erminilərlə də. Onların hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparmağa hazırıq. Yol açıqdır. Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmyacaq.

Hazırki vəziyyəti qiymətləndirən cənab Prezident bildirdi ki, 30 il ərzində torpaqlarımız Ermənistan işğalında olub. BMT Təhlükəsizlik Şurası qətnamə qəbul etsə də heç birinə əməl olunmayıb və bu illər ərzində işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı.

Biz ərazi bütovlüyümüzü, ləyaqətimizi, ədaləti bərpa etmək üçün 3000 can verdik. İşğaldan azad edilmiş torpaqlarımızın xarabazalığa çevrildiyini gördük. Məscidlərimizi dağıdılmış, təhqir edilmiş gördük.

2020-ci il noyabr tarixli üçtərəfli bəyanat əslində de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.

Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin dərin zəkası, yüksək diplomatik bacarığı qarşısında təkrar aciz qalaraq yenə də sərsəm fikirlərlə çıxış etdi. Gah sovet dövrünə qayıtdı, gah özlərinin qisas və nifrət siyasətini Azərbaycanın üstünə atmağa çalışdı.
Münxen konfransı Azərbaycan diplomatiyasının, cənab Prezident İlham Əliyevin böyük uğuru idi.

Ermənistan diplomatiyası isə, ermənilərin özlərinin etiraf etdiyi kimi, Paşinyanın növbəti uğursuzluğu idi.

Təyyibə Hüseynova
Abşeron rayonu, Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
Azərbaycan Respublikasının "Əməkdar müəllimi"

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir