Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü ...

Tarix:2-03-2023, 16:34

Ulu Öndər Heydər Əliyev və milli dövlətçilik təfəkkürü ...


Hər bir xalqı formalaşdıran, onu yaşadan adət-ənənələri, bu fonda inkişaf edən milli-mənəvi dəyərləridir, dövləti digərlərindən fərqləndirən isə milli dövlətçilik ənənələridir. Azərbaycan xalqının da, dövlətinin də əsasında dayanan ənənələr qədim köklərə söykənir, bununla belə keçmiş ilə gələcək arasında qırılmaz bağ rolunu oynayır. Bu bağ ilə xalq arasında bağlılıq quran dahi lider Heydər Əliyev hər zaman ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir. Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ─ istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra qədim ənənələrin formalaşdırdığı milli-mənəvi dəyərləri ön planda tutaraq onun qorunmasında və inkişafında böyük rol oynamışdır.

Müstəqilliyin dayaq sütunlarının, milli-ideoloji əsaslarının, suveren dövlətçilik institutlarının yaradılması məhz Ulu Öndərin adı ilə bağlıdır. Xalqın təkidli tələbindən sonra hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı (21 noyabr 1998-ci il) nitqində müstəqilliyimizə zərər vurmaq istəyən bir qrup şəxsə yönələrək vurğulamışdır: “Sovet İttifaqı dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!”.

Hər bir xalqın xoşbəxtçiliyi onun müstəqilliyi ilə bağlıdır. Bunu çoxları dərk etsə də, bəzən dəyərini bilmirlər. Ulu Öndər çıxışlarında bu məsələyə toxunur: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Dahi Rəhbər eyni zamanda çıxışlarının birində demişdir: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir”.

Heydər Əliyevin siyasi və ictimai görüşlərinin sayəsində milli-mənəvi və əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bütün istiqamətlərdə qorunmuşdur. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz kökə, milliliyə, çoxəsrlik dövlətçilik tarixinə bağlılıq dayanır. Ümummilli Lider Heydər Əliyev prezident kimi hakimiyyətinin ilk illərindən həm xalqa, həm də siyasətinə güvənmiş, onu açıq şəkildə bildirmişdir. “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində (6 iyul 1993-cü il) demişdir: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”. Azərbaycan Respublikasının Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında (21 sentyabr 1993-cü il) da bu məsələyə toxunan uzaqgörən Ulu Öndər Azərbaycanın bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacağını və gələcək firavan həyatını özü quracağını əminliklə söyləmişdir.
Ümummilli Lider tariximizi çox yaxşı bilmiş, qədim dövlətlərin siyasətinə yaxından bələd olmuş, müasir dövlətçilik ənənələrinə uyğun olanları tətbiq etmişdir. Pekin İctimai Elmlər Akademiyasında çıxışında (9 mart 1994-cü il) Ulu Öndər müstəqilliyimizin möhkəmləndirilməsinin zəruriliyini vurğulamışdır: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir”.

Respublikanın milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsinə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində (5 iyul 1997-ci il) Ümummilli Lider milli təhlükəsizliyin təməlində dayanan milli mənafe məsələsinə toxunmuşdur: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır”.

Uzaqgörən lider Azərbaycan xalqına məxsus olan adət-ənənələrinin yaşadılmasını türk xalqları birliyi müstəvisində də aparmışdır. Belə ki, TÜRKSOY-un,Türk Yazarlar Birliyinin yaradılmasında ana kitablarından olan “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin UNESCO səviyyəsində keçirilməsi, Azərbaycanın türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətlərinin başçılarının zirvə görüşünün təşkili, türk dünyası üçün taleyüklü məsələlərin irəli sürülməsi və müzakirəsi Ulu Öndərin adı ilə bağlıdır. Türk Dövlətləri və Topluluqlarının Bakıda keçirilən VII Dostluq, Qardaşlıq və İşbirliyi Qurultayında nitqində (29 iyun 1999-cu il) Ulu Öndər qədim və ortaq abidələrimizin inkişafında da müstəqilliyimizin önəmli rol oynadığını bildirmişdir: “Hər birimizin qəlbini sonsuz qürur duyğularıyla döyündürən milli dövlətçilik atributlarımızı, türklüyün zəngin maddi və mənəvi dünyasını nümayiş etdirən tarixi abidələrimizi, ümumbəşəri dəyərlərimizi maneəsiz inkişaf etdirmək üçün hər cür şərait yaranmışdır”.

Dövlət atributları dövlətçiliyin əsaslarını və prinsiplərini ifadə edir. Ona görə də Ümummilli Lider bu məsələyə hər zaman həssaslıqla yanaşmışdır. 1998-ci il 13 mart tarixli “Azərbaycan Respublikasının dövlər atributlarının tətbiqi işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

"İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” - deyə Ulu Öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti nəticəsində Respublikada elə bir sahə qalmadı ki, tərəqqi etməsin. Ölkənin iqtisadiyyatı, elm və təhsil sahəsi, incəsənəti, səhiyyəsi inkişaf edərək müttəfiq respublikalar sırasında ən ön sıraları tutmaqdadır. Buna səbəb isə müstəqil dövlətin təməlinin düzgün qurulması və milli dövlətçilik ənənələrinə arxalanmasıdır.

Səhər Orucova
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin direktoru

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə
Azərbaycan-Çin münasibətləri yeni mərhələdə
Abşeron rayonunda görkəmli akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib
Abşeron rayonunda görkəmli akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir
Azərbaycan dili digər dövlət rəmzlərimiz kimi müqəddəsdir
Çin-Azərbaycan münasibətlərinin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir
Çin-Azərbaycan münasibətlərinin dərinləşməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir
Azərbaycan - Gürcüstan münasibətləri uğurla inkişaf edir
Azərbaycan - Gürcüstan münasibətləri uğurla inkişaf edir
Akademik Zərifə Əliyeva hər bir alim, həkim üçün kamillik, müdriklik məktəbidir
Akademik Zərifə Əliyeva hər bir alim, həkim üçün kamillik, müdriklik məktəbidir
SÖZÜMÜZ İMZAMIZDIR! – İLHAM ƏLİYEV
SÖZÜMÜZ İMZAMIZDIR! – İLHAM ƏLİYEV
Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur
Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur
Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsi təxminən üç dəfə artıb
Azərbaycanla Almaniya arasındakı ticarət dövriyyəsi təxminən üç dəfə artıb
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri mühüm önəm kəsb edir
Almaniya - Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir
Almaniya - Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf etdirilir
31 Mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətdir
31 Mart soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətdir
Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi
Şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirdi
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib
Abşeron rayonunda ümumrayon Novruz bayramı şənliyi keçirilib
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü
Prezident İlham Əliyev “Euronews” televiziyasına verdiyi müsahibədə regional və qeyri-regional ölkələrə mühüm mesajlar ötürdü
Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir
Azərbaycan coğrafi mövqeyinə görə də dünyanın önəm verdiyi bir dövlətdir
Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...
Azərbaycan ilə Şimali Makedoniya arasında əməkdaşlığın yeni mərhələsi...
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib
Abşeronda “Ailə - dəyişməyən dəyərimiz” mövzusunda tədbir keçirilib