Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi

Tarix:26-09-2023, 22:05

Qarabağda xunta rejimi cəmi 24 saata tərksilah edildi


Tarixi faktlar göstərir ki, XIX əsrə kimi Azərbaycanda ermənilər yaşamayıb. 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanmasından sonra ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi prosesi kütləvi hal alıb. Bu dövrdə Türkiyədən 86 min, İrandan isə 40 min erməni indiki Ermənistan ərazisi olan Qərbi Azərbaycan torpaqlarına köçürülüb. Ermənilər əsasən Qarabağ, Naxçıvan və İrəvan xanlıqlarının ərazisində yerləşdiriliblər. Bundan sonra da Azərbaycanın torpaqları parçalanmağa başlanıb və bu yerdə Ermənistan dövləti yaradılıb. Ermənilər vaxtaşırı yerli azərbaycanlıları sıxışdırmağa başlayıblar və yerli əhali ermənilərin zülmündən öz ev-eşiklərini tərk ediblər. Sonralar isə ermənilər 1905-1906-cı illərdə yerli əhaliyə qarşı kütləvi soyqırıma başlayıblar. Onlar Azərbaycanın 70-dən artıq kəndini demək olar ki, yerlə yeksan etmiş, dinc əhaliyə qarşı ağlasığmaz cinayətlər törətmişlər.

1918-1920-ci ildə isə Ermənistanda olduqca az azərbaycanlı qalmışdı. Onlar ermənilər tərəfindən öldürülmüş və ya zorla öz doğma torpaqlarından çıxarılmışlar. 1918-ci ilin mart-aprel aylarında Bakıda, Qarabağın dağlıq ərazilərində yerləşən 150-dən çox kənd yerlə yeksan edilib. Zəngəzurda 115 kənd darmadağın edilib. Sovet hakimiyyətinin dövründə də ermənilər öz ərazilərini Azərbaycan torpaqları hesabına genişləndirməyi davam etdiriblər.

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarında didərgin düşməsi ilə nəticələnmişdir.

Xarici havadarları tərəfindən silahlandırılmış ermənilər vəhşıcəsinə dinc əhaliyə hücum çəkərək qətliyam törətmiş, yeddi min əhalisi olan Xocalı şəhərini yerlə yeksan edərək qocaları, uşaqları, qadınları qanına qəltan etmiş, əsir götürmüşlər. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur.

Öz yürd-yuvalarından didərgin düşən soydaşlarımız Azərbaycanın rayonlarında məskunlaşaraq ağır şəraitdə yaşamışlar.

Azğınlaşmış ermənilər bunlarla da kifayətlənməyərək hər gün demək olar ki, yaxın ərazilərdə olan kəndlərimizi atəşə tutur, insanların yaralanmasına səbəb olur, təsərrüfatlarına külli miqdarda ziyan vururdular. Onların rahat yaşamasına imkan vermirdilər.

1992-ci il 24 mart tarixində təsis olunmuş ATƏT-in Minsk qrupunun atəşkəs barədə verdiyi bəyanatlara ermənilər tərəfindən məhəl qoyulmurdu. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə qətnamələr qəbul etsə də bu, yalnız kağız üzərində qalırdı.

Bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə danışıqlar aparmış, qarşı tərəfi atəşkəsə əməl etməyə çağırmışdır.

Erməni təcavüzkarları isə 30 illik işğal müddətində Azərbaycanın misilsiz dini və mədəniyyət abidələrini məhv etmişdir.

Azərbaycan 2016-cı il aprelində Lələtəpə və 2000-ci il Tovuz döyüşləri zamanı torpaqlarımızın işğalı ilə barışmadığını bildirmişdir. Lakin bundan nəticə çıxarmayan ermənilər yeni ərazi iddiası ilə özlərini qəhrəman hesab edərək 2000-ci ilin sentyabr ayında mövqelərimizi və bir sıra yaşayış məntəqələrimizi artilleriya atəşinə tutdular.

Ali Baş Komandanın əmri ilə əks hücum başlandı. Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı geri qaytardı. Vətən müharibəsində Azərbaycana Türkiyə və türk xalqı siyasi və mənəvi dəstək oldu.

Müharibənin bitməsi və kapitulyasiya aktının imzalandığına baxmayaraq, Ermənistan ordusu silahı yerə qoymurdu. Eyni zamanda torpaqlarımızı tərk edərək ərazilərimizə on minlərlə minalar basdırmışdılar. Bu minaların partlaması nəticəsində 300-dən çox insan həlak olmuş və yaxud sağlamlığını itirmişdir.

2023-cü il sentyabr ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırdıqları minanın partlaması nəticəsində DİN Qoşunlarını daşıyan nəqliyyat vasitəsində olan hərbi qulluqçular həlak olmuşlar. Bununla əlaqədar Azərbaycan tərəfi lokal şəkildə hərbi əməliyyatlara başlamışdır.

Əməliyyat nəticəsində ərazilərimizdə olan cinayətkarlar, xunta rejimi tərksilah edilmişdir. Nəticədə onlar ağ bayraq qaldıraraq silahları təhvil vermişlər.

Könül Nəcəfova
Şəhid Hüseyn Nəcəfzadənin anası

Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması