Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyev və Azərbaycan ədliyyəsi

Tarix:30-10-2023, 17:30

Heydər Əliyev və Azərbaycan ədliyyəsi

Ədliyyə sahəsinin islahatlarının müəllifi

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər digər böyük ehtiyac olacaqdır. Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilib. Xalqımıza tarix boyu əxz etdiyi dövlətçilik ənənələri, milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri məhz Heydər Əliyev epoxasını təkmilləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qurub, millətin özünü idarə etmək bacarığını yüksək səviyyədə nümayiş etdirib.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan ədliyyəsinin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Azərbaycan Respublikasının ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanıbdır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək məhz 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də təsis edilib, noyabr ayının 22-də isə nazirliyin əsasnaməsi təsdiq edilibdir. Lakin 1920-ci il sovet işğalından sonra Ədliyyə Nazirliyi dəfələrlə ləğv edilərək yenidən yaradılıb, Ədliyyə Komissarlığı ilə əvəz edilib, xeyli müddət prokurorluq, Ali Məhkəmə və orqanlar ədliyyə orqanlarının vəzifəsini yerinə yetirmişlər.
27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilib və Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanıbdır. 1972-ci ildə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilib, ədliyyə sisteminin yeniləşən fəaliyyətini tənzimləyən mühüm normativ sənədlər qəbul edilib, ən əsası isə ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaranıbdır. Ədliyyə Nazirliyinin Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonrakı inkişafı da məhz görkəmli dövlət xadimi və ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1991-1993 - cü illərdə Azərbaycan müstəqillik qazandıqdan sonra hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac verib, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaradıbdır.

Ümummilli liderimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanıb və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş ilk milli Konstitusiyamızda məhkəmə hakimiyyətinin, xüsusilə hakimlərin müstəqilliyinin təminatı barədə müddəalar əks edilib, demokratik quruluşun və hüquqi dövlətin təməli qoyularaq hüquqi islahatların aparılması şərtlənibdir.

Ulu öndər Heydər Əliyevin imzaladığı 1998-ci il 22 fevral tarixli "İnsan hüquq və azadlıqlarının müdafiəsinə dair" Fərmanı və "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq olunması barədə 1998-ci il 18 iyun tarixli Sərəncamı mühüm qanunvericilik və institusional islahatlara təkan verin, ölkəmizdə insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmlərinin formalaşdırılmasını şərtləndiribdir. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunubdur.

Ölkədə həyata keçirilən effektiv hüquqi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən Prezidentimiz cənab İlham Əliyev qısa dövr ərzində imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla, habelə obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin edib və həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olubdur.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir