Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronun şahinlərinin respublika uğuru...

Tarix:12-05-2022, 19:57


Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Hərbi Qənimətlər Parkının ərazisində hazırlanmış xüsusi zonada respublika məktəbliləri arasında "Şahin" hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub.

Tədbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov “Şahin”lərə uğurlar arzulayıblar. Bildirilib ki, hər il keçirilən "Şahin" hərbi-idman oyunlarında məktəblilər böyük fəallıq göstərirlər.

Gənclərin vətənpərvər, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, gələcək hərbi xidmətə hazırlanmasında belə tədbirlərin əhəmiyyətini qeyd edən natiqlər vurğulayıblar ki, Şahin" hərbi-idman oyunlarının respublika final mərhələsinin ümummilli lider Heydər Əliyevin doğum günündə keçirilməsi artıq ənənəyə çevrilib.
Sonra məktəblilər hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənə ilə tribunanın önündən keçib, peşəkarlıqlarını nümayiş etdiriblər. Hakimlər isə onların hərəkətlərinə diqqət yetirib və müvafiq balla qiymətləndiriblər.

18 komandanın mübarizə apardığı hərbi-idman oyununda Abşeron rayonun komandası ümumi hesabda dördüncü yerə, “Fiziki hazırlıq” mərhələsində isə birinci yerə layiq görülüb.

Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu