Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Digahdaki uşaq bağçasında fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib

Tarix:24-05-2022, 10:00

Digahdaki uşaq bağçasında fövqəladə hallarla bağlı maarifləndirici tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Digah qəsəbə 6 saylı uşaq bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirin keçirilməsində məqsəd tərbiyəçi müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır.


Nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbirin I hissəsində Mərkəzin əməkdaşları “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında məlumat veriblər.

Daha sonra suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

“Uşaq Hüquqları Konvensiyası” barədə, eləcə də uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə həyata keçirilən tədbirlərdən danışan Mərkəzin Maarifləndirmə sektorunun rəhbəri Emin Ramazanov və bağçanın müdiri Aygün Məmmədova, azyaşlıların, uşaq və yeniyetmələrin fövqəladə hallara hazırlanması, onlara belə vəziyyətlərdə necə hərəkət etməsini aşılamağın diqqət mərkəzində saxlanılan məsələlərdən olduğunu qeyd ediblər

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin hazırladığı “Uşaqları çimərlikdə nəzarətsiz qoymayın” və “Uşaqlarımızın həyatını təhlükəyə atmayaq” adlı videoçarx nümayiş olunub.

Sonda bağçanın məktəbəhazırlıq qrupunun körpə fidanlarının iştirakı ilə hazırlanmış ədəbi-bədii hissə nümayiş olunub.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir