Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Övladlığa uşaq götürmək üçün nə etməli?

Tarix:6-09-2023, 18:11

Övladlığa uşaq götürmək üçün nə etməli?


Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələrində qeydə alındıqdan sonra yol verilir.

Ölkəmiz Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarından, fərman və müvafiq Qaydalardan ibarət milli qanunvericilik bazasını yaratmaqla bərabər, həm də BMT-nin”Uşaq hüquqları haqqında” Konvensiyasına, “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair” Fakültativ Protokoluna qoşulmuşdur.

Qanunverciliklə (Ailə Məcəlləsində, “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda) övladlığa götürmə qaydası dəqiq müəyyən edilmiş, “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 29 oktyabr 2009-cu il tarixli 1 nömrəli qərarı ilə qanunvericiliyin məhkəmələr tərəfindən düzgün tətbiq olunması və vahid məhkəmə təcrübəsinin formalaşması məqsədilə tövsiyələr verilmişdir.
Övladlığa götürmənin dövlət qeydiyyatı “Elektron məhkəmə” informasiya sistemindən Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa (məhkəmə qətnaməsinin nəticə hissəsinə) əsasən qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən övladlığa götürmə haqqında akt qeydi məhkəmə qətnaməsinin nəticə hissəsində qeyd olunan məlumatlar (övladlığa götürülənə soyadı və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi, övladlığa götürülmüş uşağın doğulduğu yerin və ya tarixin dəyişdirilməsi, övladlığa götürənlər valideyn kimi yazıldıqda bu barədə məlumat) əsasında tərtib edilir.
Vətəndaşlar övladlığa götürmək üçün elektron müraciət edə bilər. Bunun üçün “www.exidmet.justice.gov.az” Elektron Hökumət portalına daxil olub, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından “Övladlığa götürmək üçün elektron müraciət” xidmətindən istifadə edə bilərlər. Qeyd olunmuş sətirlərin hamısını şəxsi məlumatlarla doldurduqdan və telefon və e-mail ünvanını daxil etdikdən sonra “Təsdiq” düyməsindən istifadə edərək yaradılmış elektron müraciəti Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat orqanına göndərməlidirlər.

Elektron qaydada övladlığa götürmək istəyən şəxslərlə bağlı uçot aparılarkən yerinə yetirilməli olan tələblər:
valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar;
valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar;
valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar;
əvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar;
övladlığa götürmək istəyən şəxsin əvəllər övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.


Övladlığa götürənlər övladlığagötürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci 1 ay ərzində övladlığa götürməni qətnamənin çıxarıldığı yer üzrə Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat idarələrində qeyd etdirməklə “Övladlığagötürmə haqqında” şəhadətnamə almalıdırlar.
Məhkəmə qətnaməsinə uyğun olaraq uşağın doğum haqqında şəhadətnaməsində dəyişikliklər edilir və bu dəyişikliklər nəzərə alınmaqla doğum haqqında yeni şəhadətnamə verilir.
Övladlığa götürmənin sirri qanunla gizli saxlanılır, övladlığa götürənlərin, onlar öldükdə isə müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan övladlığagötürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından bu barədə çıxarışlar vermək qadağan edilir.
Övladlığa götürənin razılığı olmadan övladlığa götürmə sirrini yaymış şəxslər Cinayət Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb olunurlar.

Nigar Bağırova
Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi

İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru