Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatı keçirilib

Tarix:3-05-2022, 12:45

Abşeron rayonunda “Erməni vandalizmi” adlı sənədli filmin təqdimatı keçirilib

Təqdimat Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən musiqi məktəbinin akt zalında baş tutub.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyinin həyata keçirdiyi “Erməni vandallarının Azərbaycan ərazilərində törətdiyi cinayət əməllərinin ifşa olunması istiqamətində təbliğat və təşviqat işinin təşkili” layihəsi çərçivəsində düzənlənən təqdimetmədə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov bildirib ki, bu qəbildən olan tədbirlərin Xırdalanda həyata keçirilməsi təqdirə layiq haldır:

“Erməni vandalizminə məruz qalan ərazilərimizdə törədilən barbarlıq aktları işğalçı Ermənistanın müasir dünyaya öz əsl simasının real nümayişidir. Dünyanın bütün mədəni, sülhsevər xalqları terrorçu Ermənistan dövlətinin əməllərindən xəbərdar olmalıdır. Ümidvaram bu gün nümayişinə toplandığımız “Erməni vandalizmi” adlı sənədli film bu istiqamətdə ümummilli maraqlarımıza xidmət edərək işğalçı Ermənistanın bütün dünyaya tanıdılmasında, ifşasında mühüm vasitə olacaqdır”.

“Ziyalı Ocağı” İctimai Birliyinin sədri, layihə rəhbəri İlahə Əliyeva vurğulayıb ki, 28 il ərzində mənfur erməni işğalına məruz qalan torpaqlarımızın azad olunmasında əvəzsiz xidmətləri olan, bizə qələbə sevincini yaşadan, Ali Baş Komandanımız İlham Əliyevə və igid əsgərlərimizə minnətdarlıq borcumuz vardır.

“Erməni vandalizmi” adlı bu sənədli filmdə Azərbaycanın 28 il ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanan ərazilərimizdə aparılan vandallıq aktları lentə alınıb. Vaxtilə yurdumuzun abad, dilbər guşələrindən sayılan Qubadlıda, Laçında Füzulidə, Zəngilanda, Kəlbəcərdə və digər ərazilərimizdə hazırda qəlb dağlayan mənzərələr mövcuddur. Rayon mərkəzlərimiz, qəsəbələrimiz, kəndlərimiz yerlə-bir olub, daş-daş üstündə qalmayıb, dağıdılıb. Dağlarımıza, dərələrimizə, çaylarımıza bir sözlə, flora və və faunamıza görünməmiş dərəcədə zərbə vurulub. Məscidlərimiz, qəbristanlıqlarımız, dini məbədlərimiz qəsdli şəkildə məhv olunub. İnsanlığa qarşı vəhşilik aktı törədilib. Ermənilərin işğal olunmuş ərazilərimizdə həyata keçirdikləri dəhşəti, vəhşəti, insanlığa sığmayan cinayət əməllərini bütün dünyaya bəyan etməliyik. Qəsbkar düşmən öz çirkin niyyətinə, bəd əməllərinə görə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir”.

ADNA-nın dosenti, iqtisadçı alim Ağasəf İmran qeyd edib ki, Ermənistan Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərindən vəhşicəsinə istifadə edib, qatı düşmən kimi, acgözcəsinə yararlanıb: “Ermənilərin bu vəhşiliyinin dünyada analoqu yoxdur. Cinayət əməli işlədən bu ölkə Azərbaycana və azərbaycanlılara qarşı həm maddi, həm mənəvi cəhətdən külli miqdarda zərər vurub. Bu zərərin-ziyanı hesablana bilməyəcək dərəcədə çoxdur”.

Sonra “Erməni vandalizmi” adlı sənədli filmin nümayişi olub.

Film iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir