Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi "Şuşa ili" çərçivəsində hesabat konserti keçirib

Tarix:10-06-2022, 22:17

Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi "Şuşa ili" çərçivəsində hesabat konserti keçirib

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli, Abşeron Rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbi, Xırdalan şəhər "Mədəniyyət Mərkəzində" möhtəşəm konsert proqramı ilə çıxış edib.

Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Abşeron Rayon üzrə baş məsləhətçi İlham Manafov, bir neçə məktəb direktorları və digər fəxri qonaqlar iştirak ediblər.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir məktəbin xanəndəlik ixtisası üzrə 5-ci sinif şagirdi Ülvi Ağamalızadənin ifasında "Bayatı-Şiraz" la başlanıb. 19 nömrədən ibarət olan geniş repertüarda xor kollektivinin ifasında görkəmli Azərbaycan bəstəkarı Rauf Hacıyevin "Azərbaycan", Telman Hacıyevin "Abşeron", "Azadlıq marşı", şagirdlərin ifasında "Qarabağ", qarmonçalanlar ansamblının ifasında Yalçın Rzazadənin "İncə bellim", nağaraçalanlar ansamblının ifasında "Rahab rəngi", sazçalanlar ansamblının ifasında "Şirvan müxəmməsi", "Azərbaycanım" və digər ixtisaslar üzrə təhsil alan şagirdlərin də ifalarında müxtəlif bəstəkarların əsərləri səsləndirilib.

Bədii hissənin sonunda xanəndə ixtisası üzrə çalışan Zabitə Əhmədli və Səkinə Şamilova müəllimlərdən ibarət ansamblın ifasında Rauf Məmmədovun "Sən mənimsən Qarabağ", Ələkbər Tağıyevin "Qəşəngdir", həmçinin məktəbin skripka müəllimi Əkbər Rəhman, Nuray Əkbərlə birgə "Bayraq mahnısı" nı ifa ediblər.

Tədbirin sonunda çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, belə tədbirə görə Abşeron rayon üzrə baş məsləhətçi İlham Manafovu, məktəbin direktoru Təranə İbrahimovanı eyni zamanda müəllim və şagird kollektivini təbrik edərək, uğurlar arzulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Şuşanın "Mədəniyyət paytaxtı" elan edildiyini vurğulayaraq, estetik zövqün formalaşmasında belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.

Məktəbin direktoru Təranə İbrahimova da öz növbəsində konserti maraqla izlədiklərinə görə bütün qonaqlara, fəal iştiraklarına görə isə müəllim və şagird kollektivinə təşəkkürünü bildirib.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa

Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir

Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası

Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır

Orta Dəhlizdə Azərbaycanın artan rolu...

Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir

YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb

Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı

Müəllim yalnız dərs demir, gələcək yetişdirir

Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir

Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu

Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı

Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir