Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Şəhid tank komandiri Rufiz Budaqovun ailəsi ziyarət edilib, övladları ilə görüşülüb

Tarix:2-02-2022, 10:12

Şəhid tank komandiri Rufiz Budaqovun ailəsi ziyarət edilib, övladları ilə görüşülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın sədri Elşən Əsədov ölkəmizin şanlı Zəfəri ilə başa çatan Vətən müharibəsinin şəhidi Rufiz Budaqovun ailəsini ziyarət edib və onun övladları – Günay, Könül və Rəvanla görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tərtər rayonunun Talış kəndinin azad edilməsi uğrunda döyüşlərdə şəhid olan tank komandiri Rufiz Budaqov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif edilib.

Şəhidin ailəsi dövlətin sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə birdəfəlik sığorta ödənişi verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə paytaxtın Masazır qəsəbəsində mənzillə təmin edilib, ailə üzvlərinə (ana, ata, həyat yoldaşı və 3 övladı) Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Görüş zamanı E.Əsədov şəhidin ailə üzvləri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. O, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksələn bütün qəhrəmanlarımızın, eləcə də Rufiz Budaqovun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını qeyd edib.

Ailənin sosial vəziyyətinin bundan sonra da diqqətdə saxlanacağı bildirilib.

Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir