Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Demokratik inkişafın Heydər Əliyev modeli

Tarix:25-08-2023, 16:47

Demokratik inkişafın Heydər Əliyev modeli


Bu gün xalqımız dünya miqyaslı dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Azərbaycan xalqının yaddaşına Heydər Əliyev müdrik lider, xilaskar, nəhəng quruculuq işlərinin müəllifi, həyat və fəaliyyəti ilə Vətənə sədaqətin, bağlılığın ali meyarını yaratmış tarixi şəxsiyyət kimi həkk olunub.
Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı.
Qanunun aliliyindən bəhs edərkən, Ümummilli Liderin ölkənin Əsas Qanunun – Konstitusiyasının ərsəyə gəlməsindəki rolunu qeyd etməmək mümkün deyil. Məlum olduğu kimi, 1995-ci il noyabrın 12-də referendum yolu ilə məhz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası onun bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilib. Bu Konstitusiya ali hüquqi qüvvəsi ilə yanaşı, Azərbaycanda aparılacaq hüquq islahatlarının başlıca ideya sənədi olaraq, demokratik, hüquqi dövlət quruculuğuna, ictimai-siyasi, iqtisadi və mədəni həyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərib. Ulu Öndər Heydər Əliyevə görə siyasi sistemin mərkəzində şəxsiyyət, onun hüquq və azadlıqları, demokratik və hüquqi dövlət idealları durmalı idi. Bu mənada, dövlətin ali sənədində insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi təsbit edilmiş olması heç də təsadüfi deyil.

Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatlar mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edilə bilər. Belə ki, Heydər Əliyev tərəfindən əfvetmə institutu bərpa edilməklə, vətəndaşların dövlətə, onun rəhbərinə güvəni, ümid və etimadı artıb. Ümummilli Lider 1993-2003-cü illərdə 32 əfv, 8 amnistiya aktı imzalamaqla cəzanın adekvatlığı və humanistliyi məsələlərinə xüsusi diqqətlə yanaşdığını sübuta yetirib. Bu məqsədlə o, eyni zamanda, məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqini, habelə ədalət mühakiməsinin səmərəliliyini təmin edib. Məhz onun hakimiyyəti illərində ölkəmizdə insan haqlarının müdafiəsinə dair mühüm normativ aktlar qəbul olunub.

Notariat və qeydiyyat orqanlarının iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq bu orqanlarda da əsaslı islahatların həyata keçirilməsi üçün hüquqi baza yaradılmış, Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilmişdir. Möhtərəm Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərar qəbul olunmuş, bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturuna daxil edilmişdir.

Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümumilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

2003-cü il oktyabrın 1-də ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərək bildirmişdi: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
20 il əvvəl Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” söyləyərək hədəfləri açıqlamış və bildirmişdi ki, bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir: “Bu gün yüksək kürsüdən çıxış edərək mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm”.

Arxada qalan hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni lideri, təkmilləşməni, yeniləşməni həyata keçirdiyi siyasətin ana xətti kimi qəbul edən dövlətimizin başçısı İlham Əliyev son 20 ildə möhkəm təməl üzərində Azərbaycana həm siyasi-iqtisadi, həm xarici siyasət, həm də ordu quruculuğu sahəsində möhtəşəm uğurlar qazandırdı, ölkəmizi qüdrətli, sözünün imzası qədər dəyəri olan dövlətə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddət ərzində gücləndi, beynəlxalq mövqeyini möhkəmləndirdi, 30 ilə yaxın davam edən işğala son qoydu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başçılığı ilə ölkəmizin hüquq sistemində aparılan uğurlu islahatlarla yanaşı, Azərbaycanın iqtisadi gücü artırılıb, Silahlı Qüvvələri hərtərəfli və uzun müddət təmin edə biləcək davamlı baza yaradılıb. Məhz Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir ki, şanlı Ordumuz 44 günlük Vətən müharibəsində mənfur düşməni məğlub edərək, 30 ildən sonra əzəli torpaqlarımızı işğaldan azad edib.
Vətən müharibəsinin başlandığı 2020-ci il 27 sentyabr tarixindən bütün xalq Ali Baş Komandanın ətrafında daha sıx birləşdi. Yüksək vətənpərvərlik ruhuna malik on minlərlə Azərbaycan gəncləri cəbhəyə könüllü getmək üçün müraciət etdilər. Yaşından, peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın azad edilməsi üçün əlindən gələni əsirgəmirdi. Xalq misli görünməmiş həmrəylik nümayiş etdirdi ki, bu da Xalq-Prezident birliyinin, xalqın ölkənin liderinə dərin inamının parlaq nümunəsi idi və bu birlik qələbəmizin təminatı oldu.
Ordumuzun tarix yazdığı 44 gün ərzində Prezident İlham Əliyevin dünyanın mötəbər kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində beynəlxalq hüquqi normalar çərçivəsində olan Azərbaycanın haqlı mövqeyi tamlığı ilə sərgiləndi.

Təbii ki, bu gün Qarabağ münaqişəsinin tarixə qovuşması, işğaldan azad edilmiş torpaqlarımızda gündən-günə vüsət alan quruculuq və bərpa işləri Heydər Əliyev siyasətinin təntənəsidir.

Heydər Əliyev qürur hissi ilə deyərdi:"Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam...". Bu gün Azərbaycan xalqı fəxr edir ki, onun Heydər Əliyev kimi bir övladı var. Qəlbi həmişə Azərbaycanla döyünən Heydər Əliyevin parlaq xatirəsi daim anılacaq və seviləcəkdir.

Nigar Bağırova
Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin rəisi





Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq