Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət

Tarix:25-10-2025, 10:20

Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət


Hər bir insan doğulduğu andan hüquqlara sahib olur. Yaşamaq, inkişaf etmək, təhsil almaq, qayğı və sevgi görmək – bunlar hər bir uşağın təbii və ayrılmaz hüquqlarıdır. Uşaqların hüquqlarının qorunması, onların fiziki və mənəvi inkişafı, cəmiyyətin gələcəyi üçün əsas təminat hesab olunur. Bu səbəbdən də uşaq hüquqlarının müdafiəsi həm qlobal, həm də milli səviyyədə mühüm məsələdir.
Uşaqlar cəmiyyətin ən həssas və eyni zamanda ən qiymətli təbəqəsidir. Onların sağlam böyüməsi, təhsilli və vətənpərvər vətəndaş kimi formalaşması həm ailənin, həm məktəbin, həm də dövlətin birgə məsuliyyətidir. Valideynlər uşağın ilk hüquq qoruyucularıdır, lakin bu missiya təkcə ailə ilə bitmir — məktəb və müəllimlər də uşaqlara hüquq və vəzifə anlayışlarını aşılamaqla onların şəxsiyyət kimi formalaşmasına böyük töhfə verirlər. Birləşmiş Millətlər Təşkilatının 1989-cu ildə qəbul etdiyi “Uşaq Hüquqları Konvensiyası” uşaqların müdafiəsi istiqamətində beynəlxalq hüquqi baza yaratdı. Müstəqil Azərbaycan dövləti də bu sənədə qoşularaq, uşaqların hüquqlarının qorunması üçün sistemli addımlar atıb. Respublikamızda qəbul edilən “Uşaq Hüquqları haqqında Qanun”, “Uşaq Hüquqları Bəyannaməsi” və digər normativ sənədlər bu istiqamətdə hüquqi mexanizmləri möhkəmləndirib.
Müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyev uşaq siyasətinin təməl prinsiplərini hələ sovet dövründən müəyyən etmişdi. Onun təşəbbüsü ilə Azərbaycanda uşaq müəssisələrinin maddi bazası möhkəmləndirildi, məktəbəqədər və ümumi təhsil sisteminə xüsusi diqqət ayrıldı. Heydər Əliyev uşaqları Azərbaycanın gələcəyi adlandırır, onların sağlam böyüməsini dövlətin strateji prioriteti kimi dəyərləndirirdi. Ulu Öndərin məşhur fikirlərindən biri bu gün də aktuallığını qoruyur: “Biz uşaqlarımıza elə bir gələcək yaratmalıyıq ki, onlar azad, xoşbəxt və təhlükəsiz mühitdə yaşasınlar.” Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan dövləti uşaq hüquqlarının müdafiəsini sosial inkişafın əsas sütunlarından biri kimi müəyyənləşdirdi.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaq hüquqları sahəsində mühüm islahatlar həyata keçirilib. Dövlət başçısının 2009-cu ili “Uşaq ili” elan etməsi uşaqlara göstərilən diqqətin bariz ifadəsidir. Bu dövrdən başlayaraq, uşaqların təhsil, sağlamlıq və sosial müdafiə sahəsində hüquqlarının təmininə yönəlmiş çoxsaylı dövlət proqramları həyata keçirilmişdir. Məktəblərin yenidən qurulması, regionlarda yeni təhsil ocaqlarının istifadəyə verilməsi, azyaşlıların təhsil prosesinə tam cəlb olunması dövlət qayğısının təzahürüdür. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Azərbaycanda heç bir uşaq təhsildən kənarda qalmır, pulsuz dərsliklərlə təmin olunur, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil imkanları genişlənir. Dövlət həmçinin aztəminatlı ailələrin uşaqları üçün sosial proqramlar həyata keçirir, onların hüquqlarının müdafiəsi istiqamətində nəzarət mexanizmlərini gücləndirir.

Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaq hüquqlarının qorunması və uşaqlara qayğının artırılması sahəsində genişmiqyaslı layihələrin müəllifidir. Fondun təşəbbüsü ilə ölkə üzrə yüzlərlə uşaq bağçası, internat və məktəb binası əsaslı şəkildə yenidən qurulmuş, azyaşlılar üçün müasir təhsil və sağlamlıq mərkəzləri yaradılmışdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Diabetli uşaqlara qayğı”, “Uşaqlara qayğı” kimi layihələr minlərlə uşağın həyatına işıq gətirib. O, hər zaman vurğulayır ki, uşaqların sağlam, təhsilli, vətənə bağlı böyüməsi Azərbaycanın gələcəyinin təminatıdır. Mehriban Əliyevanın uşaqlara sevgi və şəfqət dolu yanaşması, onların sosial müdafiəsinə yönəlmiş fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Onun təşəbbüsləri uşaq hüquqlarının praktik təminatı baxımından mühüm nümunədir.

Abşeron rayonu İ.Yusifov adına Görədil kənd tam orta məktəbində də bu istiqamətdə mühüm işlər görülür. Məktəbin direktoru Rəmziyyə Heydərovanın göstərişi ilə müəllimlərin fəaliyyət planına uşaqların hüquq və vəzifələrinin öyrədilməsi daxil edilmişdir. Mövzu üzrə dəyirmi masalar, diskussiyalar və tədbirlər təşkil olunur, uşaqlarda hüquqi düşüncənin formalaşmasına çalışılır. Hər il ənənəvi olaraq qeyd olunan “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” çərçivəsində məktəbdə maarifləndirici tədbirlər keçirilir. İbtidai sinif müəllimi Səadət Əliyeva bu işdə fəal iştirak edərək uşaqlara hüquq anlayışlarını sadə və anlaşılan üsullarla çatdırır, rollu oyunlar vasitəsilə onların öz hüquqlarını təqdim etmələrinə şərait yaradır. Uşaqlara aşılanır ki, onlar təkcə öz hüquqlarını qorumamalı, həm də başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki sağlam cəmiyyət qarşılıqlı hörmət, anlayış və məsuliyyət üzərində qurulur.
Uşaq hüquqlarının müdafiəsi dövlətin, cəmiyyətin və ailənin birgə məsuliyyətidir. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl siyasət yürüdür, uşaq rifahını sosial inkişafın prioritetinə çevirir. Heydər Əliyevin yaratdığı təməl, İlham Əliyevin həyata keçirdiyi dövlət proqramları və Mehriban Əliyevanın humanist fəaliyyəti bu qayğının sistemli davamlılığını təmin edir. Uşaqlara sevgi, diqqət və qayğı göstərmək sadəcə bir vəzifə deyil – bu, Azərbaycanın gələcəyinə edilən ən dəyərli sərmayədir.

Səadət Əliyeva,
Abşeron rayonu İ.Yusifov adına Görədil kənd tam orta məktəbin
ibtidai sinif müəllimi

Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət
Görədil məktəbində uşaq hüquqları mövzusuna xüsusi diqqət
Qubadlı – Qarabağın dirçələn incisi
Qubadlı – Qarabağın dirçələn incisi
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib