Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti

Tarix:31-10-2025, 09:45

Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin inkişafında təhsil sahəsi strateji prioritetlərdən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təhsil sistemində yeni bir mərhələ başlandı, islahatlar beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməyə başladı. 1998-ci il 30 mart tarixli sərəncamı ilə təhsildə köklü dəyişikliklərə start verildi, elmi-pedaqoji əsaslara və müasir dünya təcrübəsinə əsaslanan proqramların hazırlanması üçün Dövlət Komissiyası yaradıldı. Ulu Öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 2000-ci il 13 iyul tarixli fərmanı isə bu sahədə yeni dövrün əsasını qoydu.

Bu gün həmin strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təhsilə yanaşması ölkənin gələcək inkişafı baxımından fundamental əhəmiyyət daşıyır. Onun rəhbərliyi ilə həyata keçirilən islahatlar, qəbul edilən qərarlar və icra olunan proqramlar təhsilin keyfiyyətinin yüksəldilməsinə, müəllim əməyinə verilən dəyərin artmasına, müasir təhsil infrastrukturunun yaradılmasına yönəlib. Prezident İlham Əliyev qeyd edir: “Təhsil sahəsində bu günə qədər apardığımız islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir”. Bu yanaşma bir daha göstərir ki, təhsil siyasəti dövlətin dayanıqlı inkişafının və insan kapitalının əsas təminatıdır.

Təhsil sisteminin inkişafında müəllim amili xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim hər birimiz elmi dərəcəmizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə müəllimə borcluyuq”. Bu sözlər bu gün də aktuallığını qoruyur. Müəllim peşəsinin nüfuzunun bərpası, sosial təminatının yaxşılaşdırılması, peşəkarlığın artırılması istiqamətində görülən tədbirlər Prezident İlham Əliyevin təhsil siyasətinin mühüm istiqamətlərindən biridir. Müəllimlərin sertifikasiyadan keçməsi, tədris bacarıqlarının artırılması, yeni təlim metodlarının tətbiqi və pedaqoji kadrların müasir tələblərə uyğun yetişdirilməsi bu sahədə əldə olunan real nəticələrdə öz əksini tapır.

Təhsil siyasətində sosial ədalət prinsipləri də ön plandadır. Prezidentin sərəncamlarına əsasən, şəhid ailələrinin üzvləri, məcburi köçkünlər, valideyn himayəsindən məhrum uşaqlar, I və II dərəcə əlilliyi olan şəxslər, eləcə də sağlamlıq imkanları məhdud gənclər təhsil haqqından azaddır. Bu qərarlar dövlətin sosial həssas qruplara qayğısını və təhsildə bərabər imkanlar yaratmaq prinsipinə sadiqliyini nümayiş etdirir.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər də bu siyasətin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün bölgələrində yüzlərlə məktəb binası inşa edilib, mövcud təhsil ocaqları müasir tələblərə uyğun yenidən qurulub. Regionlarda yaşayan şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarının genişlənməsi sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanan dövlət siyasətinin bariz nümunəsidir. Abşeron rayonunda son illərdə həyata keçirilən layihələr – Xırdalan şəhər 11 və 8 nömrəli, Masazır 5 və 6 nömrəli, Hökməli, eləcə də Saray qəsəbə 1 nömrəli məktəblərin əsaslı şəkildə yenidən qurulması, Saray qəsəbə 4 nömrəli tam orta məktəbin tamamilə yeni binada istifadəyə verilməsi – bu istiqamətdə atılan mühüm addımlardandır.
Azərbaycan müəllimləri hər zaman milli ruhun və vətənpərvərlik dəyərlərinin daşıyıcısı olublar. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdə müəllimlərin də payı böyükdür. Onların sinif otaqlarında aşıladığı milli ruh döyüş meydanında qələbə əzminə çevrildi. Həmin dövrdə yüzlərlə müəllim könüllü olaraq ön cəbhəyə yollandı, onlardan 20-si şəhidlik zirvəsinə ucaldı. Bu fakt müəllim peşəsinin sadəcə bir ixtisas deyil, həm də vətənə xidmətdən ibarət ali missiya olduğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin təhsil siyasəti Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində də öz əksini tapır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı nəticəsində 500-dək məktəb binası tikilib və ya əsaslı şəkildə yenidən qurulub, 100 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. Bundan başqa, “STEAM Azerbaijan” layihəsi də təhsildə yeni yanaşma gətirib. Layihə şagirdlərdə yaradıcılıq, tənqidi düşüncə, tətbiqetmə və mühəndislik bacarıqlarını inkişaf etdirməyə yönəlib və bu gün artıq ölkə üzrə geniş miqyasda tətbiq olunur.

Prezidentin 2022-ci il 28 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” da Azərbaycanın təhsil siyasətinin qlobal istiqamətini müəyyənləşdirib. Bu proqram çərçivəsində hər il yüzlərlə azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır və əldə etdiyi biliklərlə ölkənin elmi və intellektual inkişafına töhfə verir.

Prezident İlham Əliyevin “Təhsil bizim gələcəyimizdir” fikri bu siyasətin mahiyyətini dolğun ifadə edir. Təhsil sahəsində həyata keçirilən islahatlar, müəllim əməyinə verilən dəyər, yeni məktəb və universitetlərin tikintisi, beynəlxalq təcrübəyə əsaslanan layihələrin icrası Azərbaycanın gələcəyinə, bilikli və vətənpərvər gənc nəslin formalaşmasına yönəlib. Bu gün Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti sayəsində Azərbaycan regionun qabaqcıl təhsil mərkəzinə çevrilir, milli təhsil sistemi isə dünya təhsil məkanına inteqrasiya istiqamətində inamla irəliləyir.

Elşən Quliyev,
Xırdalan Şəhər 11 nömrəli tam orta məktəbin direktoru

Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları