Absheron Media
Haqqımızda Bizimlə əlaqə

O gün yurdumuza azadlıq günəşinin şəfəqləri yayıldı

Tarix:20-01-2022, 12:30

O gün yurdumuza azadlıq günəşinin şəfəqləri yayıldı


O gecə göyün üzü al rəngə boyanmışdı. Sanki azadlıq uğrunda canlarını fəda edərək rus, erməni tankları altında qalan, namərd gülləsinə tuş gələn şəhidlərin qanı ilə boyanmışdı göy üzü. O gecə qanına boyanan körpələrin ruhları fəryad edən anaların başı üstə dolanırdı. O gecə müdhiş bir gecə idi.

Rusiyadan Azərbaycana göndərilmiş ordu hissələrinin tərkibində Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb var idi.

İnsanlar küçələrə, yollara axışaraq dişlərinədək silahlanan düşmənin qarşısına əliyalın çıxmışdı. Düşmən isə elə düşmən idi...

1990-cı ilin 20 yanvar gecəsi Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Çox sayda insan ömürlük şikəst qaldı. Lakin xalqın milli ruhu sarsılmadı. Və bu gecənin səhəri sanki Azərbaycan xalqının həyatında bir oyanış, bir dönüş gündüzü oldu.

O gün yurdumuza azadlıq günəşinin şəfəqləri yayılırdı.

İnsanlar o vaxtlar Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin əleyhinə çıxaraq o vaxtkı səriştəsiz Azərbaycan rəhbərliyinin istefasını tələb etdi. Odur ki, Azərbaycan xalqını cəzalandırmaq üçün Kreml, Mixail Qorbaçov Azərbaycan xalqını cəzalandıraraq qanına qəltan etməyə qərara verdi. Necə olursa olsun Dağlıq Qarabağ Ermənistana verilməli idi.

Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali müxtəlif tipli silahlardan atəşə tutuldu.

Həmin vaxt Azərbaycanda yeganə televiziya olan Azərbaycan Dövlət Televiziyasının enerji bloku partladıldı. Fövqəladə vəziyyət tətbiq olundu. Lakin bu barədə Azərbaycan xalqına məlumat verilmədi. Evdən çıxan insanlar tutulub naməlum istiqamətə aparıldı və yaxud yerindəcə güllələndi. Təcili yardım maşınları belə həmin gecə və sonrakı vaxtlar atəşə tutulurdu.

Qanlı cinayətin törədildiyi günün səhəri – yanvar ayının 21-də Ümummilli Lider, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə getdi. Burada mətbuat konfransı keçirərək qanlı faciənin təşkilatçılarını dünya içtimaiyyəti qarşısında ittiham etdi. Bakı həqiqətlərini bütün dünyaya bəyan etdi.

Ümummilli Lider Heydər Əliyev: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır.

Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir – cəzalandırılsın.

Qırğın töğrədənlərin hamısı layiqincə cəzalandırılmalıdır. Bir nəfəri öldürənə qanuna görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur – bir nəfər günahkar meydana çıxmayıbdır”.

1990-cı ilin iyul ayında Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi.

Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda cəmi 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, içtimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.
20 Yanvar faciəsindən sonra xalqın düşüncəsində bir döşun baş verdi. Milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi. Xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü.

20 Yanvar şəhidlərini biz bu gün bir qürur hissi ilə xatırlayırıq.

Şəhla Ağbulud

Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə