Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Biz erməni faşizmini məğlub etdik”

Tarix:1-02-2022, 21:06

“Biz erməni faşizmini məğlub etdik”

Dörd əsrdən artıq tarixə malik olan Gəncə dəfələrlə yadellilərin işğalına məruz qalıb. Neçə sərkərdələr Gəncə uğrunda canını fəda edib. İşğalçılar Gəncənin adını dəfələrlə dəyişib, lakin gec də olsa tarix, haqq bərpa olunub.

1804-cü ildən 1918-ci ilədək Gəncənin adı dəyişdirilərək Yelizavetpol adlandırılıb. 1918-ci ildə Gəncənin adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə şəhərin adı dəyişdirilərək Kirovabad olub. Nəhayət 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin adı özünə qaytarılıb. Lakin həmin dövrdə burulğanlar, fırtınalar içində çalxalanan qədim Gəncə Ümummilli Liderimiz Heydər Əliyevin qayıdışı ilə nicat tapıb.

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin siyasi davamçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Gəncə şəhəri yeni intibah dövrünü yaşayır. Cənab Prezidentimiz hakimiyyətdə olduğu 18 il ərzində 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub.

Son illər Azərbaycanın ikinci şəhəri olan Gəncə şəhərində çox əhəmiyyətli infrastruktur layihələr həyata keçirilir.

Gəncə elektrik enerjisi ilə tam təchiz olunub. Burada tikilən və yenidən əsaslı təmir olunan yarımstansiyalar bütün şəhərin tələbatını tam ödəyir. Qazlaşdırma tam icra edilib. Hazırda şəhər və şəhərətrafı ərazilər içməli su və kanalizasiya ilə təmin olunur. Bunun üçün 800 milyon manat vəsait ayrılıb.

Bütün respublikada olduğu kimi Gəncəyə gedən yollar da müasirləşdirilib. Bakı-Gəncə avtomobil yolunun, eyni zamanda Gəncə-Qazax-Gürcüstan yolunun çəkilişi artıq başa çatıb. Bu yollar iki zolaqdan dörd zolağa genişləndirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Gəncəyə Bakıdan dəmir yolu xətti tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, komfortludur.

Gəncədə lokomotiv deposunun yaradılması artıq başa çatıb. Lokomotiv deposuna çox böyük ehtiyac var. Gəncədən Şərq-Qərb nəqliyyat dəhlizi keçir. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulmuşdur”.

Gəncə şəhəri Azərbaycana böyük şair Nizami Gəncəvi, Məshəti Gəncəvi, şair, mütəfəkkir Mirzə Şəfi Fazeh, dövlət xadimi və sərkərdə Cavadxan, siyasi xadim Nəsib bəy Yusifbəyli, tarixşünas Mxitar Qoş və s. bəxş etməklə, eyni zamanda Azərbaycan mədəniyyətinə, teatrına da kino və teatr rejissoru Adil İsgəndərov, Məmmədrza Şeyxzamanov, Kübra Əliyeva, Nəzakət Məmmədova və bu kimi gözəl müğənni, teatr və kino aktyorları da bəxş edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ölkə qarşısında bir çox problemlər var və bu problemlər təxirəsalınmaz həllini gözləyir, ancaq Gəncənin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyasının açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfə veribdir, eyni zamanda, şəhərin ümumi görünüşünə gözəl töhfə olubdur. Çünki memarlıq baxımından çox gözəl bir binadır. Dram teatrı da möhtəşəm binadır və orada artistlər, truppa üzvləri və tamaşaçılar üçün gözəl şərait yaradılıb. Gəncənin mədəni həyatı çox zənginləşir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün işlər düzgün müəyyən edilmiş siyasətin nəticəsidir”.

30 ilə yaxın Azərbaycan torpaqları ermənilər tərəfindən işğal altında qaldı. Azərbaycan minlərlə şəhid verdi. Minlərlə evlər dağıdıldı. Uşaqlar yetim, analar gözüyaşlı qaldı. Erməni quldurları nə qadın, nə qoca, nə də ki, uşaqlara rəhm etdilər. Amansızcasına qətlə yetirdilər. Bir çox kəndlərimizi yerlə yeksan etdilər, tamamilə yer üzündən sildilər. Erməni caniləri tərəfindən yüzlərlə dinc sakin öz evində-eşiyində güllələrə, mərmilərə tuş gəldilər.
İkinci Qarabağ müharibəsində Qüdrətli Ordumuza məğlub olaraq ərazilərimizi boşaltmağa məcbur olan erməni cinayətkarları müharibə gedən ərazidən tamamilə kənarda olan rayonlarımızı, eyni zamanda Gəncə şəhərini mərmi atəşinə tutmağa başladılar.
Gəncə şəhərinə həmin dövrdə 13 raket mərmisi atılıb. Onlardan səkkizi partlayıb. Və bu partlayış nəticəsində yaşlı insanlar, qadınlar və altı azyaşlı uşaq həlak olub. Gəncədə erməni faşistlərinin bu cinayəti nəticəsində 26 mülki vətəndaş həlak olub. Bu hərbi cinayətdir və bütün dünya tərəfindən cinayət kimi tanınmalıdır.

Gəncədə dörd hektarda Memorial Kompleks yaradılması nəzərdə tutulub. Burada dağıdılmış binalar olduğu kimi qalacaq ki, bu tarixi yaddaş silinməsin. Gələcək nəsillər, Gəncəyə gələn xarici qonaqlar, jurnalistlər, turistlər erməni cinayətinin şahidi olsun.

Uzaqgörən siyasətçi cənab Ali Baş Komandanımız İlham Əliyevin və məğlubedilməz Müzəffər Ordumuzun sayəsində erməni faşizmi məğlub edildi. Lakin erməni cinayəti, erməni faşizmi heç vaxt unudulmamalıdır. Gələcək nəsillərə çatdırılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Faşistlərin qəhrəmanlaşdırılması yolverilməzdir. Cəllad Njdeyə Ermənistanın paytaxtında - İrəvanda qoyulan abidə faşizmin təbliğatıdır. Bu adam faşist və cəllad olub. Bu adam günahsız azərbaycanlıların və ondan sonra İkinci Dünya müharibəsi zamanı sovet ordusunun əsgərlərini, zabitlərini qətlə yetirib. Ancaq Ermənistanda onun qəhrəmanlaşdırılması gedir. Faşizmin baş qaldırmasına yol vermək olmaz.
Ermənistanın keçmiş faşist rəhbərləri, uşaq qatilləri Sarkisyan, Köçəryan baş qaldırırlar və yenə də meydan sulamağa çalışırlar. Biz erməni faşizmini məğlub etdik, ancaq o, məhv edilməyib. Gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun.

Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur”.

Şəhla Ağbulud

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib