Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi vətənini, xalqını bəlalardan, məhvdən qurtardı

Tarix:14-06-2022, 11:49

Ulu öndər Heydər Əliyev canından artıq sevdiyi vətənini, xalqını bəlalardan, məhvdən qurtardı

“Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması ondan da çətindir”.
Heydər Əliyev


Azərbaycan xalqı 1918-ci ildə böyük çətinliklərlə əldə etdiyi və cəmi 23 ay yaşada bildiyi müstəqilliyə 1991-ci ildə yenidən qovuşdu. Lakin o vaxtkı hakimiyyət bu müstəqilliyi qoruyub saxlamağa qadir deyildi. Həmin illər siyasi hakimiyyətdə demək olar ki, bir boşluq var idi. Hakimiyyətdə olan insanların səriştəsizliyindən respublikada bir xaos yaranmışdı. Xalq vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meylləri baş qaldırmışdı. Belə daxili parçalanmalar Azərbaycanı məhvə doğru aparırdı.

Bir tərəfdən tarixən Azərbaycan torpaqları olan İrəvandan respublikamıza pənah gətirən bir milyondan artıq qaçqın, digər tərəfdən isə Ermənistanın Azərbaycana qarşı yeni torpaq iddiaları, işğalçılıq təcavüzü respublikamızın ümumi vəziyyətini getdikcə gərginləşdirirdi. Ölkəmiz artıq idarəolunmaz vəziyyətə çatmışdı. Ölkəni tamamilə səriştəsiz və təcrübəsiz insanlar idarə edirdi. Odur ki, bütün dövlətlərlə münasibətlər korlanmış, əlaqələr kəsilmişdir. İqtisadiyyat tamamilə çökmüş vəziyyətdə idi. Xalqın sosial durumu getdikcə ağırlaşırdı.

9 iyun 1993-cü ildə Heydər Əliyevin xalqın istəyi ilə Naxçıvandan Bakıya gəlişi Azərbaycana, Azərbaycan xalqına nicat, qurtuluş gətirdi.
Böyük diplomat, uzaqgörən, səriştəli siyasətçi, fenomenal yaddaşa və biliyə malik olan Heydər Əliyev bütün bu çətinliklərə sinə gərərək canından artıq sevdiyi xalqını, vətənini bəlalardan, məhvdən qurtardı. Xalq ona Ulu Öndər adı verdi.

Ulu Öndərimiz müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi.

Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Bəli, Xalq Cəbhəsi -“Müsavat” cütlüyü hakimiyyəti dövründə ölkəmiz artıq idarəolunmaz vəziyyətdə idi. Hərc-mərclik, talançılıq baş alıb gedirdi. Respublika daxilində qardaş qırğını baş qaldırmış, dövlətin xəzinəsi tamamilə boşaldılmışdı. Torpaqlarımız işğal edilmişdi.

Yalnız özünü düşünən, hakimiyyətdə yerini bərkitməyə çalışan o vaxtkı iqtidar ölkədə günahsız insanların həlak olmasına şərait yaratmışdı.

Düşmən Naxçıvanı blokadaya salmışdı ki, Naxçıvanı işğal etsin. Lakin Ulu öndərin rəhbərliyi ilə Naxçıvan qorundu. Naxçıvanın belə bir ağır günlərində, köməyə ehtiyacı olan bir vaxtlarında Xalq Cəbhəsi və “Müsavat” hakimiyyəti Heydər Əliyevə qarşı plan hazırlamaqdan çəkinməmişdilər. Heydər Əliyevə qarşı mübarizə apararaq, onu devirməyə çalışırdılar. Lakin xalq öz xilaskarını tanıyırdı.

Azərbaycan xalqı bilirdi ki, Azərbaycanın dövlətçiliyini, Azərbaycan xalqını belə ağır, çətin, çıxılmaz vəziyyətdən yalnız fenomenal insan Heydər Əliyev qurtara bilər. Belə də oldu.

Dahi rəhbər, Ulu öndər Heydər Əliyev öz doğma vətənini, xalqını gözlənilən daha dəhşətli bəlalardan xilas etdi.

Xalqımızın nicat yolu açıldı. Xalq öz inandığı, özünə rəhbər seçdiyi insanın ətrafında sıx birləşdi. Həmin gün Azərbaycan xalqının nicat günü, qurtuluş günü oldu.
Dahi rəhbər hakimiyyətə gəlişi ilə çalışıb atəşkəsə nail oldu. Siayasi böhrana, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişi cəhdlərinə son qoydu. Parlament şeçkiləri keçirildi, referendum yolu ilə Konstitusiya qəbul edildi. Xarici ölkələrlə dostluq əlaqələri yaradıldı. Ordu quruculuğuna başlanıldı. İşğal altında qalan torpaqlarımızın geri alınması üçün mühüm addımlar atılmağa, hazırlıqlar görülməyə başlandı.

Dahi Rəhbər Heydər Əliyev çıxışlarının birində deyirdi: ”Azərbaycan Ordusu dövlət dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Bizim ordumuz güclüdür. Ordumuzun gücü günü-gündən artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız”!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dahi rəhbər, Ümummilli Lider Heydər Əliyevin siyasətini davam etdirərək və eyni zamanda vəsiyyətini yerinə yetirərək Azərbaycanın işğal altında olan tarixi torpaqlarını geri aldı.

Bu gün işğaldan azad olunmuş torpaqlarımızda abadlıq-quruculuq işləri gedir. Şəhər və kəndlərimiz öz əvvəlki görkəminə qaytarılır. Qaşqın və köçkünlərimiz öz ev-eşiklərini, yurd-yuvalarını görməyə gedirlər. Artıq öz tarixi torpaqlarımıza böyük qayıdış başlayır.

Bəli, bu Möhtəşəm Qələbə, Möhtəşəm Zəfər. Qayıdış Heydər Əliyevin siyasətinin nəticəsi idi.

Həyatının mənasını xalqına, vətəninə, dövlətinə xidmətdə görən Heydər Əliyev milyonların qəlbində Ulu Öndər, Dahi rəhbər, Ümummilli Lider kimi yaşayır və yaşayacaqdır.

Şəhla Ağbulud

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı