Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik

Tarix:6-09-2022, 10:16

Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarelanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European Houze – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beyin mərkəzi tərəfindən təşkil edilən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqəmsal strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq kimi iştirak edib.

Hər il keçirilən bu forumda adətən Avropanın Dövlət və hökumət başçıları, eyni zamanda biznes elitası iştirak edir. Bu il İtaliyanın Çernobbio şəhərində keçirilən forumda dünya və Avropanın geosiyasi, geoiqtisadi məsələləri müzakirə olunub, eyni zamanda Avropanın iqtisadi inkişafının perspektivləri, təhlükəsizlik, rəqəmsal inkişaf və sair kimi mövzulara toxunulub.

Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev İtaliyada dəfələrlə işgüzar səfərdə olub. Sonuncu dəfə Azərbaycan Prezidenti İtaliyada 2020-ci ildə dövlət səfərində olanda İtaliya Prezidenti və Baş nazirlə görüşüb, ölkələr arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı bir çox məsələlər müzakirə olunub və Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb. Ondan iki il əvvəl isə İtaliya Prezidenti Mattarella Azərbaycanda rəsmi səfərdə olub.

İki ölkə arasında yalnız enerji və iqtisadi inkişaf deyil, eyni zamanda təhsillə bağlı da danışıqlar olub. Bu sahədə də Azərbaycan İtaliya ilə geniş əməkdaşlıq edir. Misal üçün onu qeyd etmək olar ki, Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universiti ilə tərəfdaşlıq edir. Forumdan bir gün əvvəl isə İtaliyada Bakı şəhərində yaradılan Azərbaycan-İtaliya Universitetinin yaradılması ilə bağlı Azərbaycanın Romadakı səfirliyinin binasında yüksək səviyyədə mərasim keçirilib.

Forumun plenar iclasında isə Azərbaycan Respublikasının Prezidenti “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib: “Bizim enerji starategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük.

Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.”
Azərbaycan qaz ehtiyatları ilə zəngindir. Azərbaycanda qaz quruda və dənizdə istehsal edilir. Burada mövcud ehtiyatlardan səmərəli istifadə edərək neft-qaz yataqlarının istismarı gücləndirilmişdir. Bu gün Azərbaycan böyük – 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizidir. Cənub Qaz Dəhlizi Trans Anadolu (TANAP) boru kəməri və Trans – Adriatik (TAP) boru kəmərləri sistemidir, TAP boru kəməri isə İtaliyaya dək uzanır. Cənub Qaz Dəhlizi vasitəsi ilə ilyarım vaxt ərzində Avropaya 13.5 milyard kubmetr qaz nəql edilib ki, onun 11.7 milyard kubmetri İtaliyayanın payına düşüb.

Azərbaycan bu gün Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırıb. Rusiya-Ukrayna müharibəsi başlayandan isə qaz ixracının artırılması ilə bağlı 10-dan artıq ölkə Azərbaycana müraciət edib. Avropa ilə Azərbaycan arasında rəsmi dialoqa start verilib. Yalnız qaz deyil eyni zamanda enerji bazarının digər seqmentləri, xüsusilə də elektrik enerjisi, hidrogen və yaşıl hidrogen də daxildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səüdiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digərləri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən su enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların gücü 700 meqavatdan çoxdur. Bu bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək”.

Şəhla Ağbulud

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün