Absheron Media
Haqqımızda Bizimlə əlaqə

20 Yanvar faciəsinə ilk siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib

Tarix:20-01-2023, 10:04

20 Yanvar faciəsinə ilk siyasi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib

Azərbaycan xalqı zaman zaman çox haqsızlıqlarla üzləşib, bunlardan biri də 1987-ci ildə Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistan SSRİ-yə birləşdirmək planı olub. Bunun üçün sovet imperiyası Azərbaycana təsir etməyə başlayıb. Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyev SSRİ Mərkəzi Komitəsindən uzaqlaşdırılıb. 1988-ci ilin əvvəllərində isə ilk dəfə Qafan rayonunda, sonra isə Ermənistanın digər rayonlarında yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından departasiya ediliblər.

Az müddətdə 250 mindən çox azərbaycanlı işgəncələrə məruz qalaraq öz tarixi, dədə-baba torpaqlarından zorla qovulublar. Onlardan 216 nəfəri vəhşicəsinə qətlə yetirilib, 1154 nəfəri isə yaralanıb. Doğma torpaqlarından qovulmuş azərbaycanlılar Bakıya və Azərbaycanın digər rayonlarına pənah gətiriblər. Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən qüvvələr Qarabağda, eyni zamanda Sumqayıtda dəfələrlə qanlı təxribatlar törədiblər.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif tipli silahlarla atəşə tutularaq kütləvi qətlə yetirildi.
Ancaq bir şeyi başa düşmədilər ki, Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Həmin gecə əliyalın, silahsız insanlar ölümü göz önünə alaraq imperiya qoşunlarının qarşısına çıxdılar. 19-dan 20-nə keçən gecə, saat 00-da əhaliyə xəbərdarlıq etmədən Sovet ordusunun xüsusi təyinatlı və daxili qoşunları xüsusi qəddarlıqla mülki əhaliyə və evlərə atəş açmağa başladılar. Onu da qeyd edim ki, əhali xəbər tutmasın deyə yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdılar. Yalnız fövqəladə vəziyyətin, komendant saatının təyin olunması barədə yanvar ayının 20-si səhər 5:30-da komendant təyin olunmuş Dubinyak tərəfindən radio vasitəsi ilə elan edildi. Bu da onu göstərir ki, hər şey planlı şəkildə edilirdi.

Bakı əməliyyatına birbaşa SSRİ Müdafiə Naziri Dmitriy Yazov, Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK-a sədrinin müavini Filip Babkov rəhbərlik edirdi.

1990-cı il 20 yanvar faciəsi Azərbaycan tarixinə azadlıq, müstəqillik, istiqlal, hürriyyət mücadiləsi kimi daxil oldu.

Ümumilikdə qanlı yanvar faciəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər ağır yaralanmış, 841 nəfər qanunsuz həbs edilərək işgəncələrə məruz qalmışdır. 200 mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları və şəxsi əmlak məhv edilmişdir. Həmin dövrün qiymətləri ilə Azərbaycana 5637286 rubl miqdarında maddi ziyan vurulmuşdur. SSRİ rəhbərliyi tərəfindən Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə sayı 66000 nəfər olmaqla Stavropoldan, Krasnodardan, Rostovdan səfərbər edilmiş - böyük əksəriyyəti erməni zabitləri, əsgərləri və kursantları olub.
20 yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Azərbaycan Milli kimliyinin formalaşmasına və Azərbaycanın müstəqil, azad olmasına zərurət yarandı.

Azərbaycanda SSRİ tərəfindən təyin olunmuş dövlət rəhbərləri 20 yanvar hadisəsinə don geyindirməklə susmağa üstünlük vermələrinə baxmayaraq, Heydər Əliyev Moskvada təhlükələrdən çəkinməyərək Azərbaycan nümayəndəliyinə gedərək 20 yanvar hadisələrini törədənləri birmənalı olaraq haqsız adlandırdı. SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi.

Ümummilli liderin təşəbbüsü ilə NMR-nın Ali məclisi tərəfindən 21 noyabr 1990-cı ildə faciəyə ilk siyasi qiymət verildi. 1994-cü il mart ayının 29-da 20 yanvar hadisələrinin araşdırılması üçün Milli Məclisdə qərar qəbul edildi. 1998-ci ildə “20 yanvar şəhidi” Fəxri adı təsis edildi. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 20 yanvar şəhidlərinin ailələrinə prezident təqaüdü təsis edildi. 2008-ci ildə 20 yanvar əlillərinə prezident təqaüdü verilməsi barədə sərəncam verildi. Onlara mənzil və avtomobil verildi. 20 yanvar dairəsində qanlı yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı. Azərbaycan Azadlıq mübarizləri olan oğul və qızlarını heç vaxt yaddan çıxartmır, daimi yüksək qiymətləndirir. Hər il yanvarın 20-də Azərbaycanın hər bir yerində 12:00-da 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Eyşan İsgəndərov
20 Yanvar Cəmiyyətinin Abşeron Rayon Şöbəsinin sədri

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün