Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin münasibətləri uğurla davam edir

Tarix:21-01-2023, 12:27

Qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin münasibətləri uğurla davam edir


30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin biri-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Çin dünyanın ən böyük dövlətlərindən biridir. Dünyanın bütün ölkələri ilə qarşılıqlı sürətdə faydalı əməkdaşlıq yaratmaq prinsipini əsas tutan Azərbaycan Respublikası Çinlə də siyasi, hərbi, iqtisadi, mədəniyyət və digər istiqamətlərdə sıx əlaqələr yaratmağa nail olmuşdur. Bu əlaqələr bu gün də davamlı olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının Prezzidenti cənab İlham Əliyev yanvar ayının 17-də Davosda Çinin Qıobal Television Network televiziya kanalına verdiyi müsahibədə Azərbaycanla Çin arasında olan mehriban dostluq münasibətlərindən, praktiki fəaliyyətdən, eyni zamanda gələcəkdə Azərbaycan və Çini biri-birinə uzun müddət dayanıqlı şəkildə yaxınlaşdıracaq fəaliyyətindən danışıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. Birlikdə beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik”.

Perspektiv əməkdaşlıq əlaqələrinə toxunan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Dövlətmizdə investisiya mühiti çox müsbətdir. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar bizim üçün prioritetlərdən biridir.

Artıq Qaradağ rayonu Ələt qəsəbəində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüsdür. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və Azərbaycan mövcud olmayan infrastruktura investisiya yatırmağa başladı. Dəmir yolu infrastrukturuna geniş investisiya yatırıldı. Bakıdan qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır. Dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Avtomagistrallar və hava limanları kimi layihələrdə həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir.

Bu il Dünya İqtisadi Forumunda müzakirə olunan ən mühüm mövzulardan biri də enerji böhranıdır. Ölkəmiz strateji cəhətdən əksər ölkələrlə əməkdaşlıq edir. Azərbaycanın Dövlət başçısı Azərbaycanda böyük potensial, Çində isə böyük texnoloji nailiyyətlər mövcud olduğunu və bu səylər birləşdirilməsinin məqsədə uyğun olduğunu bildirib.

Yaxın müddətdə Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır. Bunun təkcə Azərbaycan üçün yox, həm də bütün region üçün çox əhəmiyyətlidir və böyük potensialı var.

Prezident İlham Əliyev bildirib ki, 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir. Bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Keçen il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. 5 il ərzində biz bu hədəfə nail olacağıq. Siyasət və həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür. Ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin sonuna kimi uzadılıb. Qlobal liderlik rəqabət mühitində sübut olunur. Silahlar yerə qoyulmalı və diqqətlər bəşəriyyətin üzləşdiyi problemlərə yönəlməlidir. Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Bizim fəlsəfəmiz eynidir və uğurludur. Çin iqtisadiyyatı təkcə öz ölkəsi ilə məhdudlaşmır. Onun qlobal iqtisadiyyata təsiri var və bir çox analitik təsisatların proqnozları Çin iqtisadiyyatının inkişaf proqnozlarına əsaslanır.

Ülvi Salmanov
YAP Abşeron Rayon Təşkilatının sədr müavini

Azərbaycanın enerji suverenliyində yeni səhifə
Azərbaycanın enerji suverenliyində yeni səhifə
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeron rayonunda şəhidlərimiz və onların ailə üzvləri növbəti dəfə ziyarət olunub
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda tibb işçilərinin peşə bayramı qeyd edilib
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Əbədi və əzəli Azərbaycan-Türkiyə qardaşlığı
Azərbaycan xalqının Qurtuluş Günü
Azərbaycan xalqının Qurtuluş Günü
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeron rayonunda 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Abşeronda bir sıra sosial xidmət müəssisələri ziyarət edilib
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Azərbaycan bu gün təkcə regionda deyil, eləcə də dünyada əsas enerji ixracatçısı kimi tanınır
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Xırdalan ASM-də uşaqlara həsr olunmuş unudulmaz gün!
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Abşeronda 28 May - Müstəqillik Günü qeyd edilib
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Milli dövlətçilik ənənələrinin yeni səhifəsi
Türk dövlətləri arasında birlik güclənir
Türk dövlətləri arasında birlik güclənir
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
Azərbaycan konstitusion və suveren dövlətdir
Azərbaycan konstitusion və suveren dövlətdir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Konstitusiya və suverenlik dövlətçiliyimizin əsas amilidir
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib
Abşeronda “Ailə həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib