Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Zəngilan ən yaxın müddətdə öz sakinlərini qəbul edəcək

Tarix:6-05-2022, 17:22

Zəngilan ən yaxın müddətdə öz sakinlərini qəbul edəcək
30 il əzəli-əbədi torpaqlarımız vətənimizdə sığınacaq verdiyimiz nankor ermənilərin əsarəti altında inlədi. 30 il erməni quldurlarının havadarlarının dəstəyi ilə yerli əhali öz doğma yurd-yuvasından didərgin salınaraq, vətən həsrəti ilə Azərbaycanın ayrı-ayrı yerlərində yaşadılar. Bu müddət ərzində erməni vandalları işğal edərək mənimsədikləri ərazilərdə dağıntılar törətdilər. Bir çox tariximizin izləri olan yurd yerlərimizi yerlə-yeksan etdilər. Milli, mənəvi dəyərlərimizi uçurub sökdülər. Dini və mədəniyyət abidələrimizə ziyan vurdular. Bununla onlar tarixin izini silərək bu torpaqları özününküləşdirmək niyyətində olublar.

Bu dağıntılar Zəngilan rayonundan da yan keşməyib. Quldurlar demək olar ki, bütün şəhəri dağıdıblar. Yalnız şəhərdə dağıdılmamış bir iki bina qalıb ki, oranı da ermənilərin işğalçı hərbçiləri istifadə ediblər. Bu dağıntılar erməni vandallığını və ermənilərin eybəcər , quldur sifətini bütün dünyaya bəyan edir.

Lakin 44 günlük Vətən Müharibəsi ilə Azərbaycanın igid, yenilməz övladları bu əsarətə, bu dağıntıya, bu həsrətə son qoydular.
Bu gün işğal altından təmizlənən ərazilərimizdə qlobal işlər gedir. Ermənilərin amansızcasına dağıtdığı şəhər və kəndlər tədricən öz əvvəlki görkəminə qaytarılır.

Bütün işğaldan azad olunmuş torpaqlarımız kimi Zəngilanda da quruculuq-abadlıq işləri aparılır. Zəngilanlılar ən yaxın gələcəkdə öz doğma el-obalarına qovuşacaqlar.

Artıq Zəngilanın Ağalı kəndində birinci pilot layıhə həyata keçirilir. Bu kənd də tamamilə dağıdıldığına görə demək olar ki, yenidən qurulur. Çox böyük ərazisi olan kənddə gələcək sakinlərin rahatlığı üçün hər bir şərait yaradılır.
Bütün güclər səfərbər olunub. Lazımı maliyyə vəsaiti ayrılır. Ötən il və bu il dövlət bu məqsədlər üçün hər il üzrə 2.2 milyard vəsait nəzərdə tutub. Yəni toplam iki il ərzində 4.4 milyard manat edir.

Təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin də ayrılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir. Onların arasında Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat infrastrukturudur. Bu il Zəngilan Beynəlxalq Hava Limanı istismara veriləcəkdir. Bu hava limanının çox böyük funksiyaları olacaqdır. Zəngilan beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi inkişaf etməlidir. Rayonun yerləşməsi, beynəlxalq bazarlara yaxın olması və digər amillər bunu təmin edəcək. Dörd və altı zolaqdan ibarət olan avtomobil yolu sürətlə inşa olunur”.

İşğal altında saxladıqları bəzi ərazilərimizə Ermənistan hökuməti bir qrup erməni ailələrini köçürmüşdür. Onlar azərbaycanlıların illərlə qurub-yaratdığı ev-eşiklərini sahiblənərək burada yaşamışlar və erməni vandalları bu barlı-bərəkətli, minerallı, yeralti- yerüstü sərvətli torpaqlarımızın sərvətlərini talan edərək xarici ölkələrə satmışlar.

Bir vaxtlar Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək niyyətində olmuşdu. Bu yol isə Zəngilandan keçməli idi. Lakin onlar bu arzularına çata bilmədilər. Müdrik Ali Baş Komandanımız və güclü Azərbaycan Ordusu onların bu ümidlərini gözlərində qoydu.
Bu gün o torpaqlarda yollar çəkilir. Bu yolları isə Azərbaycan çəkir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqlardan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.
Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaqdır.

Son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq.

Bu gün Azərbaycan istənilən yükü qəbul və onu tranzit kimi ötürə bilir və Azərbaycanın imkanları daha da artacaq”.
Erməni vandallarının əsarəti altında olan zaman onlar torpaqlarımızın ekologiyasına da böyük ziyan vurublar. Belə ki, qalın, sıx meşələrimizi doğrayıb satıb, ərazilərimizi tərk edən zaman isə yandırıblar.

Avropada ərazisinə görə ikinci ən böyük çinar meşəsi Zəngilan rayonunda olub – Bəsitçay təbiət qoruğu. Qoruğun böyük hissəsi məhv edilib. Torpaqlarımızı yararsız hala salmağa çalışıblar. Çaylarımıza zavodlardan zərərli axıntılar təmizlənmədən ötürülüb.
Bütün bu vandallığı görən bir çox beynəlxalq təşkilatlar hələ də susur. Ermənistan höküməti hələ də məsuliyyətə cəlb olunmur.
Azərbaycana 30 il ərzində dəymiş ziyan hesablanır. Dağıdılmış binalar, yollar, abidələr, məscidlər, meşələr və s. videoya çəkilir. Bu sübutlarla Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır.
Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyidir”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt