Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir

Tarix:1-09-2023, 21:59

Ulu öndər Heydər Əliyevin humanizm ideyaları layiqincə davam etdirilir


Bu ilin may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Bu münasibətlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ilin sentyabr ayının 29-da ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzaladı. Həmin Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Elə bu möhtəşəm dövlət sənədi də dövlətimiz, xalqımız qarşısındakı tarixi xidmətləri hər an, hər gün gözümüz önündə olan Ulu Öndərin şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən daha bir yüksək qiymətdir
Dünyaşöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ədliyyə sisteminin inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Həmin dövrdə – 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə qəbul olunan qanunlar Ədliyyə Nazirliyinin fəaliyyət dairəsini daha da genişləndirdi, cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə artırdı. Ümummilli Liderin diqqət və qayğısı sayəsində ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri də aparıldı. Nəticədə yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü.

Ədliyyə qurumlarından biri kimi notariat və qeydiyyat orqanlarını unutmayan Heydər Əliyev bu orqanlarda da əsaslı islahatlar və təkmilləşdirmələr həyata keçirilməsi üçün hüquqi baza yaradılmasına təkan vermiş, onun rəhbərliyində Ailə Məcəlləsi, "Notariat haqında" Qanun və digər qanunvericlik aktları qəbul edilib. Bu diqqət və qayğının sübutu kimi Heydər Əliyevin 6 mart 2000-ci il tarixli Fərmanı ilə qeydiyyat orqanlarının idarəçiliyinin təkmilləşdirilərək bu orqanların ikili tabeçiliyinə son qoyularaq, onlar Ədliyyə Nazirliyinin strukturunun tərkib hissəsinə daxil edilib.

Bir əsrdən çox fəaliyyəti olan ədliyyə sistemi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın əsası Ulu Öndər tərəfindən qoyulub. Əvvəlki dövrlərdə dəfələrlə ləğv edilib yenidən yaradılmış Ədliyyə Nazirliyi, məhz Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 27 oktyabr tarixli qərarı ilə yenidən təsis edilmiş və bununla da ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Müstəqillik dövründə də ədliyyə sisteminə daim qayğı göstərən Ulu Öndər Heydər Əliyev tərəfindən bu sahədə mühüm qərarlar qəbul edilmişdir. Ümummilli Liderin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün - 22 noyabr tarixinin ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi bu qayğının əyani təzahürüdür.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən dövlətin cəza siyasətində də islahatlar həyata keçirilmiş, bir çox fərman və sərəncamlar imzalanmışdır. Dahi öndərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilmiş, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilmiş, 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmışdır. Həmin dövrdə istintaq təcridxanaları da Ədliyyə Nazirliyinin tərkibinə verilmişdir.

“Heydər Əliyev ili” çərçivəsində ölkə Prezidentinin əfv sərəncamı imzalaması yüzlərlə ailəyə böyük sevinc, bayram əhval ruhiyyəsi bəxş etməsi olduqca təqdirəlayiq bir haldır. Ölkə başçısının imzaladığı bu əfv sərəncamı hümanizm prinsiplərinin aliliyini özündə ehtiva edir. “Humanizm prinsiplərini özündə ehtiva edən bu sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır. Bu sərəncam 800-dən artıq şəxsə şamil edilib ki, onlar müxtəlif maddələr üzrə cəza çəkirdilər. Məhz müstəqillik tariximizdə Azərbaycanda hüququn aliliyini, humanizm prinsiplərini rəhbər tutaraq bu istiqamətdə ulu öndər Heydər Əliyev ilk addımları atmışdı və əfv sərəncamları imzalamışdı. Onu da unutmayaq ki, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi barədə qərarı da ulu öndər qəbul edib. Bu tarixdir və bunu dilə gətirməliyik.

Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi idi. Ümummilli Lider hər zaman torpaqlarımızın azad olunacağına və xalqımızın öz yurd-yuvalarına, Şuşaya, Laçına və digər dədə-baba torpaqlarımıza qayıdacağını əminliklə bildirirdi. Bu missiya Ulu Öndər irsinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yerinə yetirildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi. Otuz ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış ərazilərimizin azad edilməsi, burada etnik təmizləməyə məruz qalmış keçmiş məcburi köçkünlərimizin doğma torpaqlarına geri qayıtması həm siyasi, həm strateji, həm də çox böyük mənəvi əhəmiyyət daşıyırdı. Böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda bu gün Üçrəngli Bayrağımız qürurla dalğalanır, ərazilərimiz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir.
Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimzin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.

Ceyran Cabbarova
Abşeron rayon qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
Azərbaycan və Qazaxıstan beynəlxalq arenada biri birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
20 Oktyabr - Zəngilan şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
17 Oktyabr - Füzuli şəhəri günüdür
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidenti MDB Şurasının iclasında dostluq və əməkdaşlıq mesajları verdi
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan Prezidentindən Türk dünyasının gələcəyinə dair mühüm çağırışlar
Azərbaycan müəllimlərinin tarixi missiyası
Azərbaycan müəllimlərinin tarixi missiyası
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
4 Oktyabr - Cəbrayıl şəhəri günüdür
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
Elmin və təhsilin fədakar memarları – Müəllimlərimiz
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
3 Oktyabr Azərbaycan dövlətçiliyində tarixi dönüş
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Beynəlxalq Müəllimlər Günü: zəhmətin və fədakarlığın bayramı
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda “Ahılların konstitusion hüquqları və etibarlı müdafiə sistemi” adlı tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Abşeronda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan-İtaliya əlaqələri yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
27 Sentyabr – Qəhrəmanlıq və Zəfərin Anım Günü
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Abşeron rayonunda “27 sentyabr - Anım Günü” qeyd edilib
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
Uşaqların qəlbində vətən sevgisini alovlandıran qəhrəmanlıq saatı
27 Sentyabr – Anım Günü
27 Sentyabr – Anım Günü
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı
Gələcəyə işıq saçan yol: Ulu Öndərin təhsil siyasətinin bu günü və sabahı