Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir

Tarix:19-06-2022, 11:43

Azərbaycan sülhü regionun dayanıqlı inkişafı naminə istəyir


Siyasi ekspert və şərhçilərin qənaətincə Azərbaycan postpandemiya dövrünə əminliklə keçid edən nadir ölkələr sırasındadır. Bir-birini əvəzləyən möhtəşəm tədbirlər - Teknofest 2022, Formula I-Azərbaycan Qranprisi 2022-yə ev sahibliyi etməklə dünyanın nəzərləri gah Bakının səmasına, gah da yollarına dikildi. Siyasi baxışların qara bulud kimi toqquşduğu görüşlər, yerlə göy arasında çarpışmada olan dövlətlərin fonunda Azərbaycan beynəlxalq birliyi qlobal məsələlərin müzakirəsinə dəvət etdi. Eyni sürət və templə iyunun 16-da IX Qlobal Bakı Forumu işə başladı. Mövzusu “Qlobal dünya nizamına təhdidlər” olan forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutdu.

Zərurətdən doğmayan təsadüf yoxdur. Dünya nizamının dağılması ilə nəticələnə biləcək təhdidlərin hökm sürdüyü bir dövrdə 50-dən çox ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə reallaşan forum, əlbəttə ki, yeni yanaşma və konseptlərin işlənib hazırlanmasına töhfəsini verəcək. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrildiyini dövlət başçısı qürurla vurğuladı. Forumun açılışında çıxış edən prezident İlham Əliyev qeyd etdi ki, təhlükəsizlik məsələləri beynəlxalq arena və gündəlikdə duran əsas tezisdir. Avropadakı cari vəziyyətlə bağlı açıq müzakirələrin aparılması tələbi, sözsüz ki, rəsmi Bakının mövqeyinin aydın və dəqiq konturlarını şərtləndirir. Azərbaycan prezidentinin “böhran qaçılmazdır və artıq yaxındadır”- ismarıcı beynəlxalq təşkilatları diqqətli olmağa sövq edir. İstehsalçılar və istehlakçılar arasında maraqlar tarazlığı, sabit bazarın olmasının vacibliyini vurğulayan dövlət başçısı enerji bazarlarındakı mövcud vəziyyəti proqnozlaşdırmağın çətin olduğunu dilə gətirdi. Bu da öz növbəsində çağdaş Azərbaycanın işıqlı gələcəyinə hesablanan iqtisadiyyatda dayanıqlı inkişaf konsepsiyası və bu sahədə mütəmadi təhlillərin dövlət fəaliyyətində mərkəzi yer tutduğuna dəlalət edir.

Forumda Azərbaycan ədalətli mövqeyini dahi mütəfəkkir Nizami Gəncəvinin təbirincə sərgilədi:
“Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!”
“Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi, ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi” - deyən İlham Əliyev dünya birliyinə bir daha səsləndi ki, indi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır. Azərbaycan sülh və sabitliyi təkcə özü üçün deyil, regionun da inkişafı naminə istəyir. Atılan addımlar isə qarşılıqlı olmalı, hər iki ölkə gələcəkdə ərazi iddialarından çəkinməlidir. Ermənistanın 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əməl etməsinin vacibliyinə toxunan dövlət başçısı regional sülhün fundamental elementlərinə də tarixi keçid etdi. Zəngəzur dəhlizi! “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq”.

Bəli, Odlar yurdunun mövqeyi, etnokulturuloji birliyin siyasi-ideoloji üfüqləri gün kimi aydındır! Rəsmi Bakı Ermənistandan da eyni addımları gözləyir. Çünki Azərbaycanla əməkdaşlıq dürüstlük, hünər, cəsarət və iradə istər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan forumla bağlı fikirlərimizə dahi şairin aşağıdakı misraları ilə xitam veririk: “İradəsiz olma, iradəsizlər, ayaqsız qurd kimi yerdə sürünər”.

Elnura Cavadzadə
Filologiya üzrə elmlər doktoru

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür